Digər
Azərbaycanda 3 il işıq və qaz bahalaşmayacaq
2014-2017-ci illərdə Azərbaycanda elektrik enerjisi və
qaz tarifləri dəyişməz qalacaq.
Bu barədə "Fitch Ratings" reytinq agentliyinin "Azərenerji"
ASC-nin reytinq fəaliyyəti ilə bağlı məlumatında deyilir.
Bu proqnozlar enerji operatorunun özünün gözləntilərinə əsaslanır.
Bundan başqa, "Fitch" "Azərenerji"nin dövlətlə hüquqi əlaqələrini
güclü qiymətləndirir. Belə ki, dövlət şirkətin borcunun böyük
hissəsi (2013-cü ilin sonuna toplanmış faizləri nəzərə almamaqla
bütün borcun təqribən 89 faizi) üzrə zəmanət verməyə davam edir.
"Fitch" hesab edir ki, bu göstərici 2014-2017-ci illərdə sabit
qalacaq.
Məlumatda deyilir ki, ölkədə elektrik enerjisi tarifləri tez-tez
dəyişmir və sonuncu belə dəyişiklik 2007-ci ildə olub. Yanacaq
xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil
edir. 2013-cü ilin dekabrında qazın qiyməti 48 faiz artaraq 1
milyon kubmetrə görə 80 min manata çatıb. Halbuki elektrik enerjisi
tarifləri dəyişməz qalıb".
"Fitch" "Azərenerji" üçün təbii qaz tariflərini dövlətin daha bir
dəstəyi kimi qiymətləndirir.
Agentliyin analitiklərinin fikrincə, tariflərin "xərclər üstəgəl"
prinsipi üzrə müəyyənləşdirilməsi mexanizmi enerji şirkətləri üçün
ümumilikdə əlverişlidir, lakin bu modelin Azərbaycanda tətbiqi
sosial siyasət düşüncəsi ilə əlaqədar xeyli dərəcədə məhdudlaşıb.
/Trend/
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər