• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident: "Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir"

  • Digər
  • 14 İyun 2014 16:26
  • 488 Baxış
Prezident: "Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir"

İyunun 14-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə əlaqələr Azərbaycan üçün prioritetdir: "Cənab sədr, bir daha xoş gəlmisiniz. Sizi Azərbaycanda yenidən görməyimə şadam. Biz planlarımız və görülmüş işlər barədə çox yaxşı müzakirələr apardıq. Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan - Aİ əlaqələri bir çox sahələri - siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir: "Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik - Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, Sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcəkdir. Bir daha Azərbaycana xoş gəlmisiniz".

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə çıxışında "Cənub" dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı əvvəlki səfərini xatırlayıb: "Cənab Prezident, xoş sözlərinizə və qəbulunuza görə təşəkkür edirəm. 2011-ci ildəki səfərimdən sonra mən yenidən burada olmağımdan çox şadam. Mən "Cənub" dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı əvvəlki səfərimi çox yaxşı xatırlayıram. Bu layihə hazırda uğurla həyata keçirilir. Mən, eyni zamanda, ötən ilin iyulunda Sizi Brüsseldə salamlamaq şərəfinə nail oldum. Biz, həmçinin Vilnüsdə "Şərq tərəfdaşlığı" Sammitində görüşdük. Mən görüşlərimizin intensivliyini görməkdən çox şadam".

Avropa Komissiyasının sədri Bakının əhəmiyyətli dərəcədə müasirləşdiyini vurğulayıb: "2011-ci illə müqayisədə yaxşılığa doğru çoxlu fərqlər vardır. Mən bununla bağlı Sizi təbrik edirəm. Mən, cənab Prezident, Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi görürəm. Mən, həmçinin Sizi təkcə diplomatik deyil, mühüm beynəlxalq uğurlarınız - "Eurovision" mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi komandanın İspaniya çempionatında qələbəsi münasibətilə təbrik edirəm".

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR