İŞİD Təlafirə girdi: 60 türkmən güllələndi (Yeniləndi)
Bizi izləyin

Digər

İŞİD Təlafirə girdi: 60 türkmən güllələndi (Yeniləndi)

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı səhər saatlarından başlayaraq 400 min türkmənin yaşadığı Təlafir qəsəbəsinə hücuma keçib.

14:13

Təlafirdə artıq türkmən qırğını başladı.

İŞİD-in bu əraziyə daxil olmazdan qabaq ərazini tərk edən İraq polisi həbsdə olan 60 nəfər türkməni güllələyib.

09:26

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı səhər saatlarından başlayaraq 400 min türkmənin yaşadığı Təlafir qəsəbəsinə hücuma keçib.

Publika.az xəbər verir ki, İŞİD-in artıq 2 gündür mühasirədə saxladığı qəsəbəni güclü top atəşinə tutduğu deyilir. Təlafirə girməyə çalışan İŞİD-lə 6 minə yaxın türkmən könüllü döyüşçlürəi vuruşur.

Bölgədən gələn ən son məlumata görə, artıq qəsəbənin nəzarəti yavaş-yavaş İŞİD-in əlinə keçir. Minlərlə türkmən kürdlərin nəzarətində olan Sincar bölgəsinə qaçır.

İraq dövlət televiziyası Telafer yaxınlığında İŞİD-in maşın karvanına təşkil edilən hava əməliyyatında 35 terrorçunun məhv edildiyini açıqlayıb.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm