“ADA” ilə “Azərenerji” arasında əməkdaşlıq memorandumu imzalanıb
Bizi izləyin

Digər

“ADA” ilə “Azərenerji” arasında əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 24-də “ADA” Universiteti ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

Yanvarın 24-də “ADA” Universiteti ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə memorandum imzalanıb.

“ADA” Universitetindən bildiriblər ki, memoranduma əsasən, tərəflər yüksək səviyyəli və müasir tələblərə cavab verən kadrların – insan resurslarının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, “ADA” Universitetinin nəzdində informasiya texnologiyaları və mühəndislik fakültəsinin yaradılması ilə bağlı zəruri texniki-iqtisadi əsaslandırma və araşdırma işlərinin aparılması, informasiya texnologiyaları və mühəndislik sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq standartlara cavab verən qabaqcıl ali təhsil prosesinin təşkilinin dəstəklənməsi kimi məsələlər də memorandumda əksini tapıb.

Bundan əlavə, “ADA” Universiteti və “Azərenerji” ASC əsas məqsədi Asiya qitəsində yerləşən və energetika sahəsində əlverişli biznes şəraitinə malik Yaponiya, Banqladeş, Vyetnam və Monqolustan kimi ölkələrdə investisiya imkanlarının araşdırılması olan tədqiqat layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıqla bağlı razılığa gəliblər. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm