"Qara Vəzir” Xırdalanda kazino açıb - FOTOLAR
Bizi izləyin

Digər

"Qara Vəzir” Xırdalanda kazino açıb - FOTOLAR

Bir müddət öncə Bakıda “kazinolar kralı” kimi tanınan “Qara Vəzir” ləqəbli şəxsdən danışmışdıq.

Bir müddət öncə Bakıda “kazinolar kralı” kimi tanınan “Qara Vəzir” ləqəbli şəxsdən danışmışdıq.

Bakıda “Avroviziya” yarışmasından öncə yüzlərlə kazino və qumarxananın açıldığını qeyd etmişdik ki, bunların da yarısına Qara Vəzir kimi tanınan şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirdi.

Digər qruplaşmaya isə Qobulu Naib başçılıq edirdi. Bu iki rəqib qruplaşma ilk vaxtlar bir-birlərinə maneçilik törətməyəcəkləri ilə bağlı razılığa gəlmişdilər. Naibin qruplaşması kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbəsində açırdı. “Kazinolar kralı” kimi tanınan Vəzir isə qorxu-hürkü bilmədən əhalinin gur olduğu yerlərdə, metrostansiyaların çıxışına yaxın binaların zirzəmilərində icarəyə yer götürüb, orada online qumarxana təşkil edirdi.

Obyektlərin hamısına Vəzirin oğli Tofiq Qaranizadə nəzarət edirdi. Tofiq sabiq polis işçisi olduğundan, hüquq-mühafizə orqanlarından “qorunmağın” da yollarını bilirdi. Bu qumarxanaların hər birində ciddi konspirasiya vardı. Qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqları müştərilər buraxılırdı. Polisin nəyisə sübut etməsi də çətin idi. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırırdılar. Belə olan halda nəyisə sübut etmək çətin olurdu. Çünki proqram itirdi.

Qeyri-leqal vəziyyətdə işləmək belə külli-miqdarda qacanc gətiridi. “Qara Vəzir”in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1 milyon 340 min manat qazanc gətirmişdi. Nəzərə alsaq ki, onun işlətdiyi belə kazinoların sayı 20-dən çox idi, o zaman bu kazino mafiyasının nə qədər qazanc əldə etdiyini təxmin etmək olar.

Lakin az keçmiş hər şey dəyişdi. Rəqib qruplaşmalar arasında nifaq düşəndə onlar özləri bir-birindən polis orqanlarına gizli məlumat ötürməyə başladılar. Ümid etdilər ki, rəqib qruplaşma tutulacaq, “qiymətli məlumat”a görə isə polis onlara dəyməyəcək. Rəqabət olmayanda daha böyük qazanc olacaqdı.

Ancaq polis orqanları, sadəcə, vaxt udurdular. Kifayət qədər dəlil və sübutlar yığıldıqdan sonra həm Vəzir Qaranizadə, həm də Naib həbs olundu. Onların qruplaşmasının bir çox üzvləri də zərərsizləşdirildi.

“Avroviziya” mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən tam ləğv edildi.

Etibarlı mənbələrdən Publika.az-a verilən məlumata görə, hazırda Vəzir Qaranizadə həbsdən çıxıb. Köhnə peşəsindən əl çəkmək istəməyən “kazinolar kralı” Bakıda yenidən gizli qumarxana açmağın mümkünsüzlüyünü anlayan kimi ölkəni tərk edib. Mənbə bildirir ki, “Qara Vəzir” Moskvada bir neçə qumarxana açıb.

Vəzirin oğlu Qaranizadə isə hələ də Bakıdadır. Aldığımız son məlumata görə, o, Xırdalan şəhərində gizli kazino açıb. Kazino Mehdi Hüseyn küçəsində, “Unibank”la “Muğanbank”ın arasındakı ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Online qumarxanada bir neçə oyun kompüteri var. Kazinonun idarəsini Qaranizadə rus millətindən olan bir xanıma həvalə edib. İçəri giriş sərbəst olsa da, Tofiqin adamları çöldən gəlib-gedənlərə nəzarət edirlər. Şübhəli bir şey olan kimi qapılar bağlanır. Kazinoya müştəri axını isə, əsasən, gecə saatlarında başlayır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm