Poroşenko Moskvaya son sözünü dedi
Bizi izləyin

Digər

Poroşenko Moskvaya son sözünü dedi

“Ukrayna dili ölkənin tək dövlət dilidir və bundan sonra da belə olacaq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko yerli və ümumdövlət hakimiyyət orqanları ilə görüşündə bildirib.

“Yerli icmalar, o cümlədən rus icması bütün hüquqlarla yanaşı ana dilindən azad şəkildə istifadə etmək hüququna malik olacaq”, - Ukrayna prezidenti vurğuladı.

Qeyd edək ki, rəsmi Moskvanın Kiyev qarşısına qoyduğu tələblərdən biri də rus dlinə Ukrayna dili ilə yanaşı dövlət statusunun verilməsidir. Lakin Poroşenko iyun ayının 7-də keçirilən andiçmə mərasimində bu məsələyə toxunarkən Ukrayna dilinin tək dövlət dili olacağını bildirmişdi.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bir neçə il bundan əvvəl keçmiş SSRİ coğrafiyasında rus dilinə qarşı pis münasibət bəsləyən ölkələrin xəritəsini hazırlamışdı. Məlumata görə, rus dilinə ən yaxşı münasibət bəsləyən ölkələrin siyahısına Belarus və Qırğızıstan başçılıq edir. Ən pis münasibət isə Ukrayna və Baltikyanı ölkələrdir.

Rusiya XİN-in rəsmisi Aleksandr Çepurin keçmiş SSRİ ölkələrində rus dilinin öyrədilməsi ilə bağlı verdiyi açıqlamasında bəyan edib ki, Belarusda rus dili dövlət dili hesab olunduğu halda, Qırğızıstanda da rəsmi dil olaraq istifadə olunur. Çepurin daha sonra deyib ki, rus dili ilə bağlı ən ciddi problemləri olan ölkələr Ukrayna və Baltikyanı dövlətlərdir. "Ukraynada bir çox ailələr gündəlik danışıq kimi, rus dilindən istifadə edir. Buna rəğmən, Ukraynada rus dili rəsmi dil statusunda deyil. Bununla yanaşı, Ukraynada rus dilinin tədris edilməsinin qarşısını almaq üçün həm də rəsmi siyasət aparılır.

Nəticədə, bu ölkədə rus dilində təhsil verən bir çox məktəblər bağlanmaq məcburiyyətində qalıb. Baltikyanı ölkələrdə də vəziyyət eynidir. Litva və Estoniyada ölkə əhalisinin sayı az olsa da, rus dilində danışanlara qarşı təzyiqlər var. Eyni zamanda, bu ölkələrdə rusların assimilyasiya edilməsi üçün siyasət aparılır".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm