Digər
İlham Əliyevin adından şam yeməyi verildi - Fotolar - Yenilənib
Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilib.
Dövlət başçısı əvvəlcə qonaqlarla söhbət etdi.
Sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək
dedi:
- Hörmətli qonaqlar.
Mən sizi salamlamaq istərdim və ölkəmizə bir daha “Xoş gəlmisiniz!”
deyirəm. Sizi Azərbaycanda qəbul etməkdən həqiqətən böyük şərəf və
iftixar hissi duyuruq. Əminəm ki, ölkəmizə səfərinizi uzun illər
xatırlayacaqsınız. Bu gün və sabah, eləcə də gələn bir neçə gün
ərzində biz beynəlxalq münasibətlərə aid mühüm məsələləri,
münaqişələri və ümumiyyətlə, beynəlxalq siyasətə aid məqamları
müzakirə edəcəyik.
İndi isə mən digər mövzu, mədəniyyətimiz, irsimiz və
adət-ənənələrimiz haqqında bir neçə söz söyləmək istəyirəm.
Ümidvaram ki, Azərbaycanın mədəniyyəti, ənənələri, xalqımızın
yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrimizi ziyarət etmək
üçün vaxtınız olacaqdır. Fərəh hissi ilə qeyd edirik ki, Qız
qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri
UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab
edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri vardır.
Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn,
dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O,
bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın
bazası yerləşirdi.
Müasirliyin rəmzi olan “Alov qüllələri” paytaxtımızın mərkəzində
yerləşir. Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab
edilir. Bakının rəmzi də üç alovdan ibarətdir. Bunu siz orta əsr
nümunələrində də görə bilərsiniz.
Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz
ildən artıq fəaliyyət göstərmiş zavod yerləşirdi. Buradakı ətraf
mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar
hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks
etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı
Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa təəssüratları
vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin
müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas
məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və
müstəqilliyimizi gücləndirmək.
Müstəqillik xalqımız üçün ən böyük dəyərdir. Azərbaycanın
tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu
qədər inkişaf etməyib.
Mən sizə böyük uğurlar arzulayıram. Ümidvaram ki, səfərinizdən
məmnun qalacaqsınız. Ümid edirəm ki, yenidən ölkəmizə səfər
edəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı gələn
ilin yayında ilk Avropa Oyunlarını keçirdiyimiz zaman ölkəmizə
dəvət etmək və qonaqlarımız arasında görmək istəyirəm. Sağ
olun.
Mərasimdə Azərbaycan incəsənət ustaları konsert
proqramı ilə çıxış etdilər.
Daha sonra ATƏT Parlament Assambleyasının sədri Ranko KRİVOKAPİÇ
çıxış edərək dedi:
- Cənab Prezident Əliyev.
Hörmətli Narışkin, hörmətli Əsədov.
Mənim üçün ziyafət artıq başa çatdıqdan sonra danışmaq daha
asandır. Çünki Siz çıxışınızı ziyafətdən öncə etdiniz, hamı isə
naharı gözləyirdi.
Mən cənab Prezident Əliyevə təşəkkürümü bildirirəm. Tariximizdə ilk
dəfə idi ki, cənab Prezident bütün günü bizimlə oldu. Bu, məni heç
də təəccübləndirmir. O, özü parlament üzvü olub, üç il Avropa
Şurası Parlament Assambleyasında fəaliyyət göstərib.
Parlamentarilər bir-birilərini çox asan başa düşür və zəruri
məsələləri müzakirə edirlər. Bu, bizim ilk günümüz oldu. Adətən
birinci gün ikinci və üçüncü günlərlə müqayisədə daha ağır olur.
Biz öz aramızda söhbət apardıq, daha yaxşı anlaşma
qurduq.
Biz vahid bir ailəyə - ATƏT-in Parlament Assambleyası ailəsinə
çevrilmişik. Mənim üçün ildə üç dəfə bu çərçivədə toplaşmaq
şərəfdir. Biz bu gün bir yerdəyik. Öz bəyanatlarımızı, vacib hesab
etdiyimiz məsələləri, məlumatlarımızı nəzərdən keçiririk. Digərləri
ilə fikir mübadiləsi aparırıq və bu yolla bir-birimizi daha da
zənginləşdiririk. Yeni fikirlərlə daha da zənginləşirik. Tam əminəm
ki, biz bununla dostluğumuzu daha da gücləndiririk. Nəhayət, bizim
bütün məsələlərə diqqət və qayğı ilə yanaşmağımız çox vacibdir.
Yəni, biz sırf praqmatik qərarları qəbul edən şəxslər deyilik, biz
canlı insanlarıq. Bizim öz hisslərimiz, inamımız var, çalışırıq öz
ölkələrimizə mümkün qədər xidmət edək. Hər zaman ölkələrimiz üçün
müsbət məqamlara inanırıq. Bu cür xoş məram gec-tez hamımız üçün
yaxşı nəticələr verir.
Böyük fərəh hissi ilə qeyd edirəm ki, ATƏT Parlament Assambleyası
daha da güclənir, daha çevik olur, daha böyük imkanları yaranır,
birliyimiz də güclənir. Birgə çalışmağımız xüsusi əhəmiyyət kəsb
edir. Biz ümumi dəyərlərə malikik.
Mən Azərbaycan Respublikasına xüsusi minnətdarlığımı bildirmək
istəyirəm ki, Siz bizə qeyri-adi qonaqpərvərliyinizi nümayiş
etdirdiniz. Mən bu sözləri xoşa gəlmək üçün söyləmirəm. Bu,
həqiqətdir. Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq
bizim hamımız üçün xüsusi bir gün oldu. Gərgin əməyinizə, ümumi
məqsədlərimizə sadiq olduğunuza görə bir daha təşəkkürümü bildirmək
istəyirəm. Çox sağ olun.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi