Bakıda bomba həyəcanı - Yenilənib
Bizi izləyin

Digər

Bakıda bomba həyəcanı - Yenilənib

Nizami rayonunda əyləncə mərkəzlərinin birinə bomba qoyulması xəbəri yalan çıxıb.

Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs "Plaza" barına bomba qoyulması barədə xəbər verib. Araşdırmalardan sonra bu xəbər təsdiqini tapmayıb.

Polis hazırda yalan məlumat verən şəxsin saxlanılmasına çalışır.

Qeyd edək ki, bara partlayıcı qoyulması xəbəri hüquq-mühafizə orqanlarına çatdıqdan sonra barda əylənən şəxslər təxliyyə edilib.

00:27

Bakıda gənclərin əyləncə mərkəzlərinin birində həyəcanlı anlar yaşanıb.

AzNews.az-a daxil olan məlumata görə, həyəcana səbəb Nizami rayonu, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən "Plaza" barına bomba qoyulmasıyla bağlı məlumatın yayılması olub.
Xəbərə görə, bara partlayıcının yerləşdirilməsiylə bağlı polisə məlumat verilib və əraziyə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Əraziyə gələn polis hazırda sözügedən barda əməliyyat keçirir, bardakı adamlar bayıra çıxarılır.
Qeyd olunan yerə təhlükəsizlik qüvvələrinin əməkdaşları və bir sıra məsul şəxslərin gəldiyi bildirilir.

Hadisə barədə əlavə məlumat verəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm