Kiyev Moskvanın çağırışına cavab verdi
Bizi izləyin

Digər

Kiyev Moskvanın çağırışına cavab verdi

Rəsmi Kiyev ölkənin şərqində atəşkəs rejiminin tətbiqi ilə bağlı Ukraynaya çağırışlar edən Rusiyaya cavab verib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna müdafiə naziri Valeriy Qeletey antiterror əməliyyatlarının dayandırılmayacağını açıqlayıb.

“Atəşkəs rejiminin tətbiqi yalnız terrorçulardan silahların toplanması vaxtı mümkündür” Ukrayna müdafiə naziri bildirib.

Xatırladaq ki, atəşkəs rejimi ilk dəfə 20 iyun tarixində Ukrayna tərəfindən tətbiq edilib. Atəşkəs rejiminin müddəti 27 iyunda daha 3 gün uzadılıb. Lakin bu müddətdə terrorçu qruplar hücumlarını davam etdirib və sülh danışıqlarında heç bir nəticə əldə olunmayıb.

Son günlər isə Ukrayna ordusu uğurlu antiterror əməliyyatları keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm