Terrorçu qruplaşmalar birləşdi
Bizi izləyin

Digər

Terrorçu qruplaşmalar birləşdi

Suriya 3 ildir ki, davam edən qarşıdurmalarda ağır itkilər verən mühacir müxalif qruplaşmalardan dördü “Ənsarud-din” adı altında birləşdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Yutub video-paylaşım saytında yayımlanan videoda Suriyadakı önəmli müxalif qruplaşmalardan “Ceyşul-muhacirun vəl Ənsar", "Fəcrul-Şam”, “Şamul-İslam” və “Kətibətul-Hadra” adlı qruplaşmaların “Ənsarud-din” adı altında birləşdiyi və bütün əməliyyatların bir mərkəzdən idarə ediləcəyi qeyd edilib.

Açıqlamada birləşməkdə məqsədin İslam şəriətini həyata keçirmək və Əsəd rejimi ilə vuruşmaq olduğu vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm