• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva və “xorbaxanlar” dəstəsi

  • Digər
  • 25 Avqust 2014 15:18
  • 784 Baxış
Qənirə Paşayeva və “xorbaxanlar” dəstəsi

Bir yarasadır onlar!

Gün işığından qorxar, işıqlı adamları əzmək, əsəbiləşdirmək üçün daim içlərindəki xəbis səsi dinləyər və o səsi ətrafa yaymaq üçün məqam gözləyərlər.
Başqalarına sataşan, yetənə yetib, yetməyənə bir daş atan o adamları alqışlayan bir “maraq çevrəsi” də mövcud.

Yolda iki maşın toqquşanda əlini ehmalca əlinə sürtüb sürücülərin mübahisəsinə maraq kəsilənlər, dava gözləntisi ilə işini-gücünü buraxıb orada çəpər hörənlərin psixoloji əmioğluları, xalauşaqlarıdır o çevrə.

Özünə hörmət edən, ağrımaz başına buz bağlamaq istəməyən, fərqli hədəfləri, həyat tərzi olanlar uzaq durmağa çalışar, rədd edər, “xatası məndən/bizdən uzaq olsun” deyə görəndə yolun o biri üzünə keçərlər.

Amma hər gün, hər yerdə rastımıza çıxar onlar.

Zəhmət çəkən, uğur qazanan, yaxşı geyinən, gözəl görsənən, gümrah gözə dəyən, çox oxuyan, yüksək məvacib alan insanları “yıxıb-sürümək”dən, “yıxıb-süründürülməsindən” zövq alanlara doludur cəmiyyət.

Efirdə gəlin-qaynana münasibətlərini dartışan proqramların iştirakçılarından tutmuş qəzet səhifələrində künc işğal etmiş yazarlara qədər nə qədər zəhərli ilan, o “ilanlara nə qədər ağı verən” verən var...

Cəmiyyətimizin sağalması üçün bu ciddi, üzərində dayanılmasına, araşdırılmasına, müalicə edilməsinə böyük ehtiyac olan sosial-psixoloji sindrom son günlər bir daha üzə çıxdı.

Fikir verin, iddia etdiyinə görə bir məmur tərəfindən 65 min dolları mənimsənmiş iş adamı körpüyə çıxır, özünü öldürmək istəyir, dərdini deyə biləcəyini, probleminin həllinə yardım ala biləcəyi ünvan kimi millət vəkili Qənirə Paşayevanı görür.

O sırada evdə müalicə olunur Qənirə Paşayeva. Teleqraf.com-un əməkdaşı ona telefon açır, olaydan agah edir millət vəkilini... və sağlıq durumundakı soruna baxmayaraq “bir insanın həyatını xilas etməməyin vicdan əzabı ilə yaşaya bilmərəm” deyib hadisə yerinə yola düşür Qənirə Paşayeva...
Belə məqamda vəzifəsindən, statusundan, durumundan asılı olmayaraq bir insanın atacağı başqa bir addım, sərgiləyə biləcəyi başqa bir mövqe varmı, Tanrı xatirinə?

Nə etməli idi Qənirə Paşayeva?

“Cəhənnəmə intihar etsin, gora özünü öldürsün” deyib də telefonlarını qapamalı idimi?

Əvəzində alqış gözləmədən, bir insan kimi, bir qadın kimi, bir millət vəkili kimi bir Azərbaycan vətəndaşını ölümdən döndərməklə, intihardan çəkindirməklə, xurd-xəşil olmaq təhlükəsindən xilas etməklə Qənirə Paşayeva gərəkəni etdi.

Amma sosial şəbəkələrdə yuva qurmuş yarasalar, zəhərini tökməyə məqam axtaran ilanlar və ilana ağı verənlər dəstəsi bu fürsəti qaçırmadılar.
Nədir Qənirə Paşayevaya olan bu aqressiyanın nədəni?

Kimin evini yıxıb, kimin balasını ac qoyub, kimin son tikəsini mənimsəyib Qənirə Paşayeva? - əlbəttə, heç kimin!

Azərbaycan üçün çalışıb, xalqın içində olub, hətta öz seçicisi olmasa belə, diləkçə ilə üstünə gəlmiş hər kəsə can yandırıb, parlamentdə susmayıb, mediadan gizlənməyib...

Daha nə etməlidir bu adam?

Qənirə Paşayeva bundan sonra deputat mandatı daşısa da, daşımasa da, digər müstəvilərdə hər hansı vəzifə sahibi olsa da, olmasa da öz timsalında xalqla hakimiyyət arasında körpü olmağı bacarmış bir obrazdır.

Qənirə Paşayeva öz xeyirxahlıq potensialı və bu potensialını reallaşdırmaq çabaları ilə “el üçün ağlayan göz kor olar” streotipini xalqın zehniyyətindən qovmuş əsl millət vəkilidir.

Məqsədim nə Qənirə xanımı öyməkdir, nə də müdafiə etmək- buna ehtiyac yoxdur, olsa, müdafiə etməkdən də çəkinmərəm.

Üzərinə diqqət çəkmək istəyidim “hər kəsə xor baxan” tiplər, o tiplərin xərçəng xəstəliyi kimi Azərbaycanın sağlam hüceyrələrinə qənim kəsilməsidir.
Müşahidələr göstərir ki, “xorbaxan” tiplərin ümumi özəllikləri də mövcuddur:

1) Özləri haqqında hədsiz dərəcədə yüksək rəydədirlər, bunun qarşılığında mərhəmətsizdirlər və empati hissləri azdır, kinli və nankordurlar;
2) Gerçək və uzun müddətli heç bir planları yoxdur, uğura imza ata bilmir, bunun suçunu başqalarında axtarırlar;
3) Şantaj, yalan, manipulyasıya etməkdən əsla çəkinmirlər;
4) Heç vaxt heç nəyə peşiman olmurlar, “həmişə haqlıdırlar”;
5) Sosial baxımdan parazitdirlər və sərgərdan yaşam tərzi keçirirlər.

Bütün bu əlamətlər şəxsiyyət pozuntularından və psixopatlıqdan xəbər verir. Bu cür narsisizm və psixopatlıq isə liderliyin bitdiyi yerdə başlayır. Lider olmaq, sadəcə, partiya sədri, hərəkat öndəri, müəssisə rəhbəri olmaq demək deyil- bir şəxsiyyət modelidir. Sosial şəbəkələr bu modelin önə çıxması üçün əlverişli zəmin yaradıb, ancaq uşaqlığı və gəncliyi travmalar içində, şəxsi və ictimai həyatı “eqo qayğısı” ilə keçənlər gerçək bir liderə çevrilə bilmədiklərindən virtuallığın yaratdığı özünü aldatma imkanları sayəsində psixopat a dönüblər.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR