• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ABŞ niyə çox danışır, yaxud beynəlxalq təşkilatlar niyə işləmir? – Təhlil

  • Digər
  • 8 Sentyabr 2014 18:10
  • 405 Baxış
ABŞ niyə çox danışır, yaxud beynəlxalq təşkilatlar niyə işləmir? – Təhlil

“Bu gün beynəlxalq təşkilatların ən böyük donorunun ABŞ-ın olduğu hər kəsə məlumdur. Buna görə də “ən çox pulu verən ən çox danışar” deyimi ilə idarə olunan təşkilat və təşkilatların etibarlılığı da azalmaqdadır”.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında dərc olunan “Üçüncü Dünya müharibəsindən necə qaçmaq olar?” başlıqlı bir yazıda yer alıb.

Furkan Kayanın müəllifi olduğu yazıda Şimali Atlantika İttifaqının (NATO) 4-5 sentyabr tarixlərində Uelsdə keçirilən sammiti dəyərləndirilir, Rusiyanın xarici siyasəti və yeni bir dünya müharibəsindən qaçmaq yolları barədə fikirlər yer alıb. Həmin yazını təqdim edirik.

NATO-nun Uels sammiti bəlkə də hərbi alyans tarixindəki ən əhatəli toplantılardan biri kimi qiymətləndirilməlidir. İkinci Dünya müharibədən sonra qurulan NATO Sovet İttifaqının ətraf ölkələrə, xüsusilə də Qərb ittifaqında təmsil olunan dövlətlərə ixrac etmək istədiyi kommunizm ideologiyasına qarşı yaradılan, hərbi və siyasi əsaslara söykənən Qərb təşkilatıdır. NATO-ya üzv ölkələr xaricdən gələ biləcək hər cür hərbi və ideoloji təhdidlərə qarşı kollektiv mübarizə aparırlar. Sovet İttifaqı dağılana qədər yaradılış məqsədlərinə xidmət edən təşkilat “soyuq müharibə”dən sonra təməl siyasətindən kənara çıxaraq, daha çox beynəlxalq terror, narkotik və insan alverinə qarşı mübarizəni özünə yeni missiya seçmişdi.

Türkiyə NATO-nun gözündə əhəmiyyətini saxlayır

Türkiyənin də “soyuq müharibə” dövründə ittifaqdakı yeri sərhəd xəttinə sahib olduğu SSRİ təhdidinə qarşı Türkiyənin və Qərbi Avropanın mütləq təhlükəsizliyinin təmin edilməsi idi. “Soyuq müharibə”dən sonra hər nə qədər Türkiyənin NATO-da əhəmiyyətinin azaldığı fikri üstünlük təşkil etsə də, Şərqi Avropa, Yaxın Şərq və Orta Asiyadakı aktual proseslər perspektivində Türkiyənin NATO-nun müdafiə siyasətində əhəmiyyəti hələ də böyük və açıqdır.

Rusiya xarici siyasət hücumları ilə üzərindəki diqqəti başqa istiqamətlərə yönəldir

NATO-nun ənənəvi rəqibi olan Rusiya Federasiyası NATO ilə müqayisədə özünün müdafiə şəbəkəsi olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı layihəsi ilə önəmli addımlar atıb. Bu baxımdan Rusiyanın NATO və BMT-dən daha irəlidə olduğunu demək olar. Rusiya dövlət başçısı Vladimir Putin Suriyada Bəşər Əsədf rejiminə qarşı başlayan qiyamda lap əvvəldən Dəməşq rejimini dəstəkləmiş və nəticədə rejimin ayaq üstdə qalmasına səbəb olmuşdur. Niyə? Bunun ən açıq səbəblərindən biri Suriyanın Aralıq dənizində Rusiyanın yeganə müttəfiqi olması və Tartus limanında yerləşən Rusiya donanmasıdır. Bir başqa əhəmiyyətli səbəb isə Əsədin bir başqa əhəmiyyətli dəstəkçisi olan İrandan asılılığınını davam etdirməklə ABŞ-ın diqqətlərini İran üzərinə cəmləməkdir. Əslində Rusiyanın bu strategiyası müvəffəqiyyətli sayıla bilər. Çünki Ukrayna məsələsində Rusiyanın Qərb blokuna qarşı güclü mövqe nümayiş etdirməsi və köhnə postsovet coğrafiyasındakı ölkələr, eləcə də Çin ilə yüksək səviyyəli əməkdaşlığın qurulması diqqətləri başqa istiqamətə yönəltmək üçün icra olunan siyasətin uğurlu məhsulu sayıla bilər.

ABŞ fiziki olaraq heç bir dövlətdən təhdid almamasına baxmayaraq, niyə bu qədər silaha ehtiyac duyur?

Bu gün beynəlxalq təşkilatların ən böyük donorunun ABŞ-ın olduğu hər kəsə məlumdur. Buna görə də “ən çox pulu verən ən çox danışar” deyimi ilə idarə olunan təşkilat və təşkilatların etibarlılığı da azalmaqdadır. Bir qitə dövləti olan ABŞ-ın fiziki olaraq heç bir dövlət tərəfindən təhdid olunmamasına baxmayaraq, niyə bu qədər silaha ehtiyacın olduğu barədə sualı cavablamaq olduqca çətindir. Bir yerdə müharibə başlayanda məlum olduğu kimi ən çox silah tacirləri qazanacaq, insanlar yaralanacaq və bundan səhiyyə tacirləri pul qazanacaq. Nəticədə pul həmişə eyni kisəyə axacaq. Bu pullarla da beynəlxalq təşkilatlar maliyyələşdiriləcək və onlardan sülhün təmin olunması istəniləcək. Bunun reallaşması əlbəttə ki, qeyri-mümkündür.

“Böyük Oyun”da oyunçu ola bilmək

Nəticə olaraq, “soyuq müharibə” təşkilatları ilə yeni beynəlxalq sistemin idarə olunması mümkün deyil. Bu dövrün ən önəmli xüsusiyyəti regional təşkilatların daha təsirli və söz sahibi olduğu bir nizamın yaradılmasıdır. Çünki bölgə ölkələrinin təmsil olunduğu bu cü təşkilatlar daha effektli olacaq. Regional sistemlərdə təmsil olunacaq dövlətlərdə sabitliyi təmin edəcək ən önəmli faktor isə böyük dövlətin nəzarət altına ala bilməyəcəyi geniş bloklar təsis edərək yeni “Böyük Oyun”da oyunçu ola bilməkdir. Əks halda, NATO və BMT təcrübələrindən çıxış edərək demək olar ki, İsrail nümunəsində olduğu kimi yalnız yazılı və şifahi qınanmalarla kifayətlənməli olacağıq.

Ömər Dağlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR