Digər
Dünyanın ən şirin və ən acı şeyi...
Bir zamanlar yaşlı qəbilə başçısı özündən sonra qəbilənin başına keçəcək başçı namizədinin nə qədər müdrik olduğunu anlamaq istədi. Bunun üçün qəbilə başçısı olmaq istəyən hər namizədə iki çeşid yemək hazırlamalarını söyləyir. Birinci yemək dünyanın ən gözəl və ləzzətlisi, ikinci yemək də ən pis və dadsız yeməyi olmalıydı. Təyin edilən gündə gənc namizədlərdən biri yaşlı qəbilə başçısının önünə çox yaxşı bişirilmiş, sonsuz dərəcədə ləzzətli bir inək dili qoydu. Çeşidli tərəvəzlərlə bəzədilən bu yemək gerçəkdən də çox ləzzətli idi. Ertəsi gün həmin gənc adam qəbilə başçısının önünə ən pis və ləzzətsiz yeməyini gətirəndə ilk öncə hər kəs təccüblənir. Qəbilə başçılığına gənc namizəd yaşlı qəbilə başçısının önünə öncəki gün gətirdiyi eyni yeməyi qoydu - inəyin dili!
Bunun səbəbini soruşan yaşlı qəbilə başçısı alacağı cavabla yerinə keçəcək adamın ondan daha müdrik olduğunu anladı: “Dünyanın ən ləzzətli şeyi dildir, çünki həqiqəti dilə gətirib insanların yaxşılığı tapmasına yardım edər. Doğru sözlər başqa insanları doğru yola yönəldir və onları cəsarət-ləndirir. Dillər sevgi və ahəng kəlmələri ilə bütün kəndimizi bir arada tutar. Dil dünyanın ən dadlı, şirin şeyi olduğu kimi ən pis, acı şeyi də ola bilər. Hirsli və yalan söyləyən dillər insanları incidər ,onları yanlışa yönəldər. Dilin söylədiyi ya-lanlarla bir toplum parça-parça olar. Bütün silahlardan daha qorxunc şəkildə kəndimizi fəlakətə sürükləyə bilər...”
P.S: Gerçəkdən də, dil dünyanın ən şirin olduğu kimi ən açı şeyi də ola bilər. Kimin bu dili necə istifadə etməsinə bağlıdır hər şey... Amma müdriklərimizin de-diyi bir sözü heç zaman unutmamalıyıq: “Bıçaq yarası sağalar, amma dil yarası sağalmaz”. Dilimizə sahib çıxmaqla bərabər onun hər zaman yaxşılıqlara, gözəl işlərə xidmət etməsinə çalışmalıyıq.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO