• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gözəl bir dərs...

  • Digər
  • 18 Sentyabr 2014 10:18
  • 767 Baxış
Gözəl bir dərs...

Northwestern Universitetində Kellog Business Schoolda Zaman İdarəetməsi dərsinin müəllimi olan professor sinfə girir və İş İdarəsi sahəsində təhsil alan tələbələrini, dünyanın seçmə tələbələrini qısa bir müddət süzdükdən sonra deyir: “Bu gün zaman idarəetməsi məsələsində təcrübə ilə qarışıq bir sınaq aparacağıq”. Professor stola doğru gedir və stolun altından böyük bir qab çıxardır. Bundan sonra yenə stolun altından yumruq böyüklüyündə daşlar çıxarır. Daşları diqqətlə qabın içinə qoyur. Qaba daha başqa daş yerləşməyəcəyindən əmin olduqdan sonra tələbələrə dönür və “Bu qab doldumu?” deyə soruşur. Tələbələrin hamısı bir ağızdan “Doldu” deyə cavab verirlər. Professor “Eləmi?” deyir və stolun altına əyilərək kiçik daşlarla dolu bir qab çıxardır. Kiçik daşları qabın içinə yavaş-yavaş boşaldır. Qabı yellədərək balaca daşların böyük daşların arasını doldurur. Tələbələrə təkrar dönür və “Bu qab doldumu?” - deyir.

Tələbələrdən biri “Deyəsən dolmadı,”- deyə cavab verir.

“Doğru”, - professor deyir. Stolun altına təkrar əyilir və qumla dolu qabı götürür. Qumu daşlarla dolu qaba yavaşca tökərkən bir tərəfdən də qabı yavaş-yavaş titrədərək qum dənəciklərinin daşlar arasına girməsini təmin edir və tələbələrə təkrar eyni sualı verir:

“Bu qab doldumu?

Bütün sinfin hamısı bir ağızdan “xeyr” deyə cavab verir.

“Gözəl”, - professor deyir.

Stolun altına əyilərək bir qab su götürür və daş və qumlarla dolu qabı ağzına qədər su ilə doldurur. Sonra tələbələrinə dönərək sizcə “Bu təcrübənin məqsədi nə idi?” deyə soruşur.

Hazırcavab bir tələbə dərhal belə cavab verir: “Zamanımız nə qədər dolu görünsə də, ayıra biləcəyimiz zamanımız mütləq vardır.”

“Xeyr, - professor deyir. - Bu təcrübənin anlatmaq istədiyi əsl gerçək - Əgər böyük daşları başdan yerləşdirməsən, balacalar girdikdən sonra böyükləri heç bir zaman qabın içinə yerləşdirə bilməzsiniz” gerçəyidir.

Tələbələr təəccüb içində bir-birlərinə baxarkən, professor davam edər: “Həyatınızdakı böyük daşlar nələrdir? Uşaqlarınız, həyat yoldaşlarınız, sevdikləriniz, dostlarınız, təhsiliniz, xəyallarınız sağlığınız, bir əsər yaratmaq, başqalarına yararlı olmaq, onlara bir şeylər öyrətmək... Böyük daşlarınız bəlkə bunlardan biri, bəlkə bir neçə dənəsi, bəlkə də hamısıdır. Böyük daşlarınızın hansılar olduğuna yaxşı və doğru qərar verin. Bilin ki, böyük daşlarınızı qaba ilk olaraq yerləşdirə bilməsəniz, bir daha heç bir zaman yerləşdirə bilməzsiniz. Nə özünüzə, nə çalışdığınız iş yerinə, nə də ölkənizə faydalı ola bilərsiniz. Bu da yaxşı bir iş adamı, gerçəkdə də yaxşı bir adam ola bilməyəcəyinizi göstərir.”

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR