Faiq Ağayevdən Cavan Zeynallıya sərt cavab: "Ağıl istəyirsənsə…”
Bizi izləyin

Digər

Faiq Ağayevdən Cavan Zeynallıya sərt cavab: "Ağıl istəyirsənsə…”

Tanınmış cazmen Cavan Zeynallı xalq artisti Faiq Ağayev barədə tənqidi fikirlər səsləndirib.

Cazmen kult.az-a müsahibəsində xalq artistini ağıllı hesab etmədiyini bildirib:
““Lya-lya”nı hər kəs bacarır. Bunu isə hər adam bacarmır. Bilirsiniz, insan nə qədər bacarıqsız, nə qədər istedadsızdırsa, bir o qədər gözəl natiqlik qabiliyyətinə malik olur. Baxırsan görürsən ki, axmağın biridir, amma danışmağı super. Niyə belədir? Nə qədər adam mənə deyib ki, “Faiq Ağayev bilirsiniz nə qədər ağıllıdır? O, gözəl danışır. Faiq Ağayev çox ağıllıdır...”. Nəyi ağıllıdır, onu mən bilmirəm! Ağlı nəyindədi?”.

Xalq artisti Faiq Ağayev isə öz növbəsində bu məsələyə cavab verib. Amma daha üstüörtülü formada:

”Tampamısansa, o demək deyil ki, yoxdur. Var, 1oo% var. Hər şey asanlıqla baş vermir ki, bu həyatda. Ağıl istəyirsən məktəb, bədən istəyirsənsə, idman və sair. Yəqin, dərd bölüşəcəyini də tapmaq üçün, sadəcə, vaxt lazımdır, hə?”

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm