BTC ilə neft nəqli 2,5 faiz azalıb
Bizi izləyin

Digər

BTC ilə neft nəqli 2,5 faiz azalıb

Yanvar-oktyabrda BTC kəmərilə 24 milyon 325 min 558 ton neft ötürülüb. Bu da 2013-cü ilin analoji göstəricisindən 2.5% azdır.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton neft nəql edilib. Kəmər istifadəyə verilən gündən 2014-cü il noyabrın 1-dək BTC ilə 259 milyon 467 min 151 ton neft nəql edilib. Bundan başqa, oktyabrda BTC kəməri ilə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. 2014-cü ilin oktyabrında Ceyhan limanından 2 milyon 495 min 968 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Cari ilin yanvar-oktyabrında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 594 min 844 ton təşkil edib. Ümumiyyətlə,BTC istismara verilən gündən 2014-cü il noyabrın 1-dək Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Xatırladaq ki, BTC Boru Kəməri Şirkətinin səhmdarları BP (30,1%); ARDNŞ (25.00%); Chevron (8,90%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5.00%); Itochu (3,40%); ConocoPhillips (2,50%); INPEX (2,50%), Total (5.00%) və ONGC -dir(2,36%).

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm