Yataqda görüntülənən aktyor: “Öpüşmədik, amma...” - Video, Fotolar
Bizi izləyin

Digər

Yataqda görüntülənən aktyor: “Öpüşmədik, amma...” - Video, Fotolar

“Sənubər İsgəndərli olmasaydı...”

“Ulduzlu axşam”ın qonağı Ruslan Sabirlidir. Azərbaycanda çəkilən əksər serialların baş rəhrəmanı. Onu da deyək ki, bu serialların necə, hansı səviyyədə çəkilməsindən asılı olmayaraq, bir çox aktyorların tanınmasında böyük rol oynadı. O insanlar ki, çəkilmək arzusunda idilər, bax, onlar üçün bu seriallar vasitəsi ilə yaşıl işıq yandırıldı. Ruslan da onlardan biridir. Yeri gəlmişkən, qısa vaxtda başına xeyli fanat da toplaya bilib.

“Sənubər İsgəndərli olmasaydı...”

- Etiraf edirsinizmi ki, seriallardan sonra tanındınız?

- Seriallara kimi reklamlarda çəkilirdim, sima olaraq tanıyırdılar, lakin adımı soyadımı təbii ki, seriallardan sonra tanıdılar.

- İlk dəfə hansı seriala dəvət aldınız və bu necə baş verdi?

- Bu “Qaynana” serialı oldu və dostum, hörmət bəslədiyim dəyərli aktrisamız Sənubər xanım İsgəndərlinin dəvəti ilə baş verdi. O, həmin dövrdə serialın ikinci rejissoru idi. O zamanlar filmdə rol almaq istəyimi bilirdi və özümü sınamağı təklif etdi. Beləcə serialın 8-ci seriyasında qonaq aktyor qismində maraqlı bir obrazı canlandırdım və uğurlu alındı.

- Qismətinizə həmişə baş rollar düşür. Buna görə kimə minnətdarsınız?

- Buna görə yaxşı genləri mənə ötürdükləri üçün valideynlərimə və inadkarlıq xüsusiyyətinə malik olduğum üçün özümə borcluyam.

“Öpüş səhnəsi olmadı, amma…”

- Azərbaycanda çəkilən serialların türk serialları qədər baxımlı olması üçün sizcə bizdə nə çatmır - uğurlu ssenari, rejissor işi, yoxsa aktyor oyunu?

- Hesab edirəm ki, bunun üçün Azərbaycan seriallarında təhsil və təcrübə çatmır. Bilirsiniz, film və ya serial kollektiv bir məhsuldur. Bu məhsulun təməlini isə yaxşı, güclü ssenari təşkil edir. Daha sonra onun üzərində qurulmuş rejissor işi, aktyor oyunu və s. Təəssüf ki, nə türk seriallarındakı kimi ssenari yaza bilən ssenaristlərimiz var, nə də o cür çəkə bilən rejissorlarımız, çəkilə bilən aktyorlarımız. Ən pisi isə odur ki, bunun üçün cəhd etmək istəyənlər də yox dərəcəsindədir. Sadəcə çəkirlər...

- Bir ara erotik görüntüləriniz yayıldı. Məqsəd nə idi? Fotolarınızı nəzərdə tuturam…

- Əslində həmin görüntülər hal-hazırda efirdə yayımlanan “Sənə inanıram” serialından yataq səhnəsi zamanı çəkilmişdi. Düzünü desəm, onların mətbuata sızması məni heç də narahat etmədi.

Təəssüf ki, serialın efir vaxtının kifayət qədər gec olmasına və həmin səhnənin həddən artıq ifrat dərəcədə olmamasına baxmayaraq, həmin səhnə kəsildi, tam olduğu kimi efirə getmədi. Orda hətta öpüş səhnəsi belə yox idi. Nəticədə boş və mənasız bir şey alındı. Lakin, internetdə tam versiya yerləşdirilib.

“Azərbaycan kinosunda “sevgi məktəb”i yoxdur”

- Yeri gəlmişkən, açıq-saçıq, yataq səhnələrinə münasibətiniz necədir?

- Belə səhnələrə münasibətim yaxşıdır, heç də pis baxmıram. Hətta belə səhnələri ifa etməkdən də çəkinmirəm. Bu gün Azərbaycan televiziyası nədənsə belə səhnələri verməkdən ehtiyat edir. Azərbaycan kinosunda iki gəncin sevgisi yalnız sadəcə söhbət etdikdən və maksimum əl-ələ tutduqdan sonra evliliklə bitə bilər. Bu artıq müasir dövr üçün, müasir kino üçün çox primitivdir, gülüncdür və maraqsızdır. Təəssüflənirəm ki, bu gün müasir Azərbaycan kinosunda bu ülvi hissləri tamaşaçıya çatdıracaq “sevgi məktəb”i yoxdur.

- Arzuladığınız, amma oynamadığınız elə bir rol varmı?

- Məxfi agent və vampir tipli rolları oynamaq istəyirəm.

“Münasibət layihə kimidir, onun üzərində işləmək lazımdır”

- Sevginin formulunu necə verərdiniz? Şəxsi həyatınız barədə də məlumatsızıq- evlisinizmi, yaxud sevdiyiniz xanım varmı?

- Həyatda önəmli olan öz idealını tapmaq və onunla münasibətləri inkişaf etdirməkdir. Mənim üçün ideal o şəxsdir ki, onda olacaq mənfi xüsusiyyətlər mənim xasiyyətimə görə qəbul edilə biləndir. Yəni, mənim üçün o mənfilər yoxdur və ya onlara mənfi kimi baxmıram. Münasibətlərin inkişafına gəldikdə isə bu da asan məsələ deyil təbii. Münasibət layihə kimidir, onun üzərində işləmək lazımdır. Daim ona nəzarət etmək, lazımsız istiqamətə getməsinə icazə verməmək gərəkdir.

“Evlənmək üçün sadəcə aşiq olmaq kifayət etmir”

Sadəcə aşiq olmaq kifayət etmir.

Bilirsiniz, şəhərimizin küçələrini dolaşan cütlükləri müşahidə edirəm. Qız qürurlu şəkildə öndə gedir, oğlan isə sanki üzrxahlıq edirmiş kimi arxasınca gedir elə bil. Evlilikdən sonra isə situasiya dəyişir, kişi öndə gedir, xanım isə başını qaldırmağa belə cəsarəti olmadan onun arxasınca. Azərbaycanda hamı özünü ya “qürurluyam”, “mən kişiyəm”, “mən xanımam”- deyib, həyatlarını qəlizləşdirirlər. Sadə olmaq lazımdır əzizlərim, sadə. Xarici cütlüklərə nəzər yetirin, görün, nə qədər sadə və xoşbəxtdirlər. Birgə keçirdikləri vaxtdan necə də həzz alırlar, istər küçədə gəzərkən, istər kafedə əyləşərkən... Sadə olun və bir-birinizə ittihaf edin özünüzü. Bir-birinizi sevindirin. Vəssalam...

Öz şəxsi həyatıma gəlincə isə tamaşaçılara artıq bəllidir ki, bu barədə danışmağı xoşlamıram və bu dəfə də bu haqqı özümdə saxlamağa üstünlük verirəm. Əsas olan odur ki, qəlbim sevgi hissindən məhrum deyil.

“Belgüzar Korel və Cansu Kanlıkaya ilə çəkilmək istərdim”

- Sosial şəbəkədə aktivsiniz, çoxdurmu xanım dostlarınız?

- Bəli, imkanım olduqca sosial şəbəkədə oluram, həyat və yaradıcılığıma dair məlumatları abunəçilərimlə paylaşıram. Bura yeganə məkandır ki, məni və yaradıcılığımı sevən insanlarla ünsiyyətdə ola bilirəm, onların fikirlərini öyrənirəm. Hətta bunu etməyi özümə borc sayıram, axı mən də onları sevirəm. Bəli, sosial şəbəkədə yaradıcılığıma maraq göstərənlər arasında əks cinsin nümayəndələri üstünlük təşkil edir.

- Hansı türk aktrisası ilə eyni serialda çəkilmək istərdiniz?

- Tərəf müqabili olmaqdan söhbət gedirsə, onda Belgüzar Korel və Cansu Kanlıkaya. Hər iki xanımı çox bəyənirəm.

“Qol düymələrimin qiyməti 200 azn-dir”

- Geyim həyatınızda nə dərəcədə rol oynayır. Brend vacibdir, yoxsa, təki yaraşan olsun?

- Brend önəmlidir, məsələ yaraşıb-yaraşmamaqda da deyil. Sadəcə tanınmış brendlərin geyimində özümü daha komfortlu hiss edirəm. Çünki, keyfiyyətdə aldadılmadığımı bilirəm. Tikilişindən tutmuş ölçüsünədək, bədənə oturuşunadək əla vəziyyətdə olur.

- Geyimdə ən çox hansı elementə üstünlük verirsiniz - kostyum ayaqqabı, köynək, qalstuk və s?

- Geyimə kompleks şəkildə baxıram. Kostyum, köynək, cib dəsmalı, şərf və s. Lakin geyimdə ən çox sevdiyim element köynəyin qolu üçün istifadə olunan düymələrdir (“zaponki”).

- Ən bahalı paltarınızın qiyməti neçəyədir?

- Əksər hallarda geyimimi xaricdən alıram, ya da mənim üçün gətirirlər. Düşünürəm ki, keyfiyyətli geyim üçün yaxşı məbləğ verməyinə dəyər. Məsələn qol düymələrimin dəyəri 200 azn-dir.

Telefonundakı sonuncu sevgi mesajı...

- Hər kəs depressiyadan bir cür çıxır. Bəs siz depressiyaya düşəndə bundan necə xilas olursunuz?

- Müxtəlif cür ola bilir; özümə qapılıram, musiqi bəstələyirəm, piyada gəzişirəm, yağışı seyr edərək pəncərə qarşısında kofe içirəm, xaricə səyahət edirəm.

- Nəyəsə kompleksiniz varmı?

- Xeyr, kompleksdən kənar bir insanam.

- Çoxmu sevgi mesajları alırsınız?

- Kifayət qədər alıram.

- Axırıncı mesajı bizə oxumazdınız ki?

- Oxuyaram problem deyil: “Salam Ruslan bəy. Necəsiniz? Mən bir söz demək istəyirəm, amma bilmirəm nə qədər düzgündür bunu deməyim. Serialdakı rolunuz superdir. Hətta deyərdim ki, hər qızın xəyalında sevdiyi oğlan olur və mənim xəyalımdakı sizə bənzəyir. Bilmirəm bunu sevgi etirafı və ya adi bir açıqlama kimi qəbul edərsiniz, amma düşündüklərim budur.”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm