Yevda Abramovdan kənd yolları ilə bağlı təklif
Bizi izləyin

Digər

Yevda Abramovdan kənd yolları ilə bağlı təklif

“Qubada beynəlxalq hava limanının tikintisi ilə bağlı əhalidən torpaqlar alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı”.

Publika.az-ın xəbərində görə, bunu Milli Məclisdə çıxışında Yevda Abramov bildirib. O qeyd edib ki, əhali yaranmış vəziyyətdən çaşbaş qalıb: “Bilmirlər torpağı əkib-becərsinlər, yoxsa ağacları kəssinlər. Hava limanının tikintisi ilə bağlı onlardan torpaqlar alındı. Müəyyən işlər getdi, amma sonradan ərazi boşaldıldı. Söz-söhbətlərə görə, hava limanının tikintisinə Rusiya mane olub. Çünki hava limanı Rusiya ilə sərhəddə yerləşəcəkdi. Bu da beynəlxalq konvensiyalara uyğun deyil. Hökumətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm”.

Deputat kənd yollarından da söz açıb. Deyib ki, kənd yolları bərbad vəziyyətdədir: “Xeyransanı Quba-Bakı yolu deyil, kənd yolunun vəziyyəti maraqlandırır. Əsaslı vəsait qoyuluşlarında kənd yollarına ayrılan vəsait artırılmalıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm