Digər
YAP-dan “91”-lər açıqlaması: “Kim kənarda qalıbsa, öz günahıdır”
““91”-lərin əksəriyyəti irəli çəkilib. Həmişə diqqət mərkəzində
olublar və bundan sonrada olacaqlar. Kim partiyadan xaric olunubsa,
kim kənarda qalıbsa, bu onun öz günahıdır, etdiyi əməllərin
nəticəsidir”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin
müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında deyib.
S. Novruzov YAP daxilində son proseslərə, yeni təyinatlara da münasibət bildirib: “Proses gedir, qarşıda bələdiyyə seçkilərinə hazırlaşırıq. Cənab prezident regionların sosial inkişafı ilə bağlı müşavirə keçirdi və tapşırıqlarını verdi. Bütün bunlarla bağlı, həmçinin, gündəlik məsələlərə uğun komissiyalar fəaliyyətlərini gücləndiriblər. Hər birinin öz planları var, buna uğun da fəaliyyət göstərirlər”.
YAP rəsmisi qeyd edib ki, yeni liderlərin, gənc mütəxəssislərin
hazırlanması məqsədilə partiyanın gənc üzvləri üçün Oğuz rayonunda
qış məktəbi fəaliyyətə başlayıb.“Sabah partiyanın gənclər və
mədəniyyət komissiyasının toplantısı keçiriləcək. Burda iş, təhsil,
xaricdə təhsil alan tələblər bağlı, eləcə də ipoteka ilə bağlı
məsələlər müzakirə ediləcək. YAP cəmiyyətin həyatında bütün
məsələlərlə bağlı hərtərəfli iş həyata keçirir”-deyə S. Novruzov
əlavə edib.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO