"2015-ci ildə ruslar tamam başqa ölkədə yaşayacaqlar"
Bizi izləyin

Digər

"2015-ci ildə ruslar tamam başqa ölkədə yaşayacaqlar"

“Rusiya prezidenti Vladimir Putin özündən sonra yandırılmış torpağı miras qoyacaq”.

Publika.az-ın verdiyi xəbərə görə, sözləri Rusiyanın hazırkı iqtisadi vəziyyətini şərh edən maliyyəçi Slava Rabinoviç “Facebook” səhifəsində yazıb.

Rusiya maliyyəçisi ölkədə yaxınlaşan iqtisadi böhranın yeni əlamətlərini qeyd edib. “Moskvada mənim evimin 500 metr radiusunda heç bir bankomat işləmir. Rusiyanın xarici borcu rekord səviyyəyə çatıb. Ölkə iqtisadiyyatın iflası qaçılmazdır”, - S.Rabinoviç qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidentinin 2014-cü ildə etdikləri “yandırılmış torpaq" taktikasıdır: “Strategiya deyil, məhz taktika. Çünki o, "strategiya" sözünü bilmir”.

Xatırladaq ki, S.Rabinoviç ötən həftə Rusiya Federasiyası iqtisadiyyatının Putinin siyasəti və Qərbin sanksiyaların tam effektini hələ hiss etmədiyini bildirib. Onun sözlərinə görə, 2015-ci ildə rusiyalılar tamamilə başqa ölkədə yaşayacaqlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm