Bir ildə neft-qaz sektorunda istehsal 3 faiz azalıb
Bizi izləyin

Digər

Bir ildə neft-qaz sektorunda istehsal 3 faiz azalıb

Bu ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Publika.az xəbər verir ki, sənaye məhsulunun 70,4 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 38,4 milyon ton neft, 17,0 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4 faizini təşkil edib. Qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 6,6 faiz üstələyib. Neft-qaz sektorunda isə 3 faiz azalıb. Ümumi sənaye istehsalının 92,7 faizi malların (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm