Səudiyyə Ərəbistanı 60 dollara hazırdır
Bizi izləyin

Digər

Səudiyyə Ərəbistanı 60 dollara hazırdır

OPEK-in ən böyük neft ixracısı neft qiymətlərinin 60 dollar səviyyəsində sabitləşməsini gözləyir. Fars körfəzində inanırlar ki, bu qiymət uzun müddət davam etməyəcək. Ona görə də hasilatı azaltmağa ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, OPEK-in ən iri neft ixracatçısı olan Fars körfəzi ölkələri və Səudiyyə Ərəbistanı neft qiymətlərinin 60 dollar səviyyəsində sabitləşməsinə hazırdırlar.

Noyabrın əvvəlində OPEK ölkələri nümayəndələri bildirmişdilər ki, neftin bir bareli üçün 70 dollar qiymətində panikaya düşməyəcəklər.

Oktyabrda neft bazarı iştriakçıları və analitiklər ilə görüşdə bu ölkənin nümayəndələri bildirirdilər ki, ölkə neftin bir barelinin 80 dollar səviyyəsinə qədər azalmasına hazırdır. Ortamüddətli perspektivdə OPEK-in ən böyük neft istehsalçısı daha çox neft gəlirləri əldə etmək istəyirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm