Digər
Rafet El Roman Bakıda fırtına qopardı
Dünən paytaxt restoranlarının birində Türkiyənin tanınmış müğənnisi Rafet El Roman ilə Azərbaycanın tanınmış müğənnisi Sevda Yəhyayeva konsert proqramı ilə çıxış etdilər. Publika.Az-ın məlumatına görə, tanınmış təşkilatçı Nahid Emiloğlunun açıq havada təşkil etdiyi konsertdə rəqs qruplarının müşayiəti ilə hər iki müğənni maraqlı performansları ilə maraqlı məqamlara səbəb oldular.
Axşam saat 20:00-da başlayan konsertin aparıcısı Akademik Milli
Dram Teatrının aktyoru Elşən Cəbrayılov idi. E.Cəbrayılov əvvəl
tamaşaçıları salamladı və ilk olaraq səhnəyə DJ Çinanı dəvət etdi.
DJ xarici və “Eurovison 2012” mahnı müsabiqəsinin sevilən
mahnılarını səsləndirdi.
DJ Çinanın təxminən bir saatlıq çıxışından sonra səhnəyə müğənni
Sevda Yəhyayeva rəqs qrupunun müşayiəti ilə fərqli görkəmdə
göründü. Repertuarında yer alan yeni mahnılarını ifa edən Sevda,
səhnədə olduğu təxminən 2 saata yaxın vaxt ərzində tamaşaçıların
marağına səbə oldu. Belə ki, müğənni həm geyimi ilə, həm səhnə
performansı ilə əsl şou göstərdi.
Sevdanın çıxışından sonra hamının gözlədiyi məqam oldu. Aparıcının
onun haqqında qısa məlumat verməsi tamaşaçıları intizarda
saxlayırdı. Çox keçmədən səhnəyə əvvəl onu müşayiət edəcək ansambl
və iki nəfər - qız və oğlan bek-vokalçılar səhnədə öz yerlərini
aldılar. Nəhayət ki, konsertin əsl səbəbkarı müğənni Rafet El Roman
səhnəyə tamaşaçıların səs-küylü alqışlarıyla dəvət olundu. Müğənni
reperturaında yer alan köhnə və yeni mahnılarını səsləndirdi. Amma
buna baxmayaraq, tamaşaçılar Rafeti diqqətlə izləyirdilər və elə
səhnənin qarşısında izadiham yaratmışdılar. Mühafizəçilər müğənniyə
yaxınlaşmağa cəhd edən tamaşaçıların qarşısını almaq da çətinlik
çəkirdi.
Konsertin maraqlı məqamlarından biri də Rafet ilə Sevdanın duet
oxuması oldu. Eyni səhnəni bölüşən müğənnilər musiqisi Tofiq
Quliyevin, sözləri Rəsul Rzanın müəllifi olduğu “Sənə qalmaz” və
“Yalqızam” mahnılarını birlikdə ifa etdilər.
Konsertin təşkilatçısı Nahid Emiloğlu Publika.Az-a konsert ilə
bağlı açıqlama verdi:
“Konsert ilə bağlı onu deyə bilərəm ki, tamaşaçıların ürəyincə
olsun. Salonun tam dolu olması və yaşanan izdiham bunu isbat edir.
Azərbaycana 2 ildir ki, gəlmirəm və yaxşı konsertlərin olmurdu.
Artıq 2 ildən sonra gəldim. Konserti belə keçirərlər”.
N.Emiloğlu onu da qeyd edək ki, qarşıda Azərbaycan tamaşaçıları
üçün daha yaxşı konsert proqramları gözləyir.
Fuad Mədətov
Publika.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu