Digər
“Bakı – gözəl şəhər, mehriban diyar” – Azərbaycan paytaxtı dünyanın ən görməli yerləri SİYAHISINDA
ABŞ-ın nüfuzlu "New York Times" qəzeti 2015-ci ildə turistlərin səfər etməsi üçün məsləhət görülən 52 şəhər və yerlərin siyahısını açıqlayıb.
Publika.az-ın "Report"a istinadən məlumatına görə, siyahıda Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.
Nəşr qeyd edir ki, qədim mədəniyyətin və Dubay üslubunda qeyri-adiliyin birləşməsi Bakının turistlər üçün səfər xəritəsinə daxil edilməsinə imkan verir: "Azərbaycan paytaxtında ikinci neft bumu Xəzər sahilində yerləşən şəhərin ciddi zənginləşməsinə, bununla da yeni görünüş almasına imkan yaradıb. Hakimiyyət son illər neftdən əldə olunmuş vəsaitləri YUNESKO tərəfindən mühafizə olunan şəhərin tarixi mərkəzini əhatə edən iri memarlıq layihələrinə xərcləyir".
Müasir memarlıq sənətinin nümunələri kimi nəşr "Alov qüllələri"ni (Flame Towers), məşhur qadın memar Zaha Hadidin layihəsi üzrə inşa edilən Heydər Əliyev Mərkəzi, həmçinin yeni "Hilton", "Four Season", "Kempinski", "Trump Tower" lüks-otellərini misal gətirib.
Bundan başqa, nəşr qeyd edir ki, bu ilin iyun ayında Bakı I Avropa Oyunlarını qəbul edəcək.
"New York Times" qəzeti Bakıdan əlavə oxuculara Milan, Seul, Filadelfiya kimi şəhərlərə, Kuba adasına, Yellouston Milli Parkına və s. səfər etməyi də məsləhət görür.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR