• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astroloji proqnoz - 06 fevral

  • Digər
  • 6 Fevral 2015 00:00
  • 1 133 Baxış
Astroloji proqnoz - 06 fevral

QOÇ - Şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin. Nahardan sonra ağır fiziki işlərdən, nabələd adamlarla danışıqdan yayının.

BUĞA - Havaların şıltaqlığını nəzərə alıb istirahətə daha çox üstünlük verin. Əgər qonaqlığa dəvət alsanız, məmnuniyyətlə qəbul edin. Ümumi zəifliyinizə görə, qidanıza da yaxşıca fikir verməlisiniz.

ƏKİZLƏR - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, uzaqdan sevindirici xəbər alasınız. Hər halda, ovqatınız xoş olacaq. Nəqliyyat vasitələrində isə maksimum ehtiyatlı olmalısınız.

XƏRÇƏNG - İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Buna baxmayaraq, müqavilə bağladığınız adamlarla ehtiyatlı davranın. Qlobal məsələlərin həllində təşəbbüskarlığı da əldən verməyin.

ŞİR - Bu gün ümumi əhvalınızda xoş məqamlar çox olacaq. Ələlxüsus da saat 15-dən sonra bütün cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı isə ailə-sevgi münasibətlərinə həsr edin.

QIZ - Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Çünki fiziki yorğunluğunuzun ifratçılığı aktivliyinizə mane olacaq. Vaxt tapıb yaxın dostlarınıza baş çəkin.

TƏRƏZİ - Ulduzların düzümü sağlıq durumunuzda problem olduğunu göstərməkdədir. Bu səbəbdən də qida və yuxu rejiminizə, həmçinin daxili orqanlarınıza ciddi fikir verməlisiniz.

ƏQRƏB - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Maraqlı görüş və tanışlıqlar da mümkündür. Uzaq yola çıxmayın.

OXATAN - İntiqam hissi, əsəbi situasiyalara şərh vermək, münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Buna görə də yalnız özünüzə aid işlərlə məşğul olun.

OĞLAQ - Saat 14-ə qədər neytarllıq nümayiş etdirməyiniz məsləhətdir. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Sonrakı müddətdə isə perspektivli sövdələşmələr gözlənilir.

SUTÖKƏN - Bütün göstəricilər səfərlərə çıxmaqdan məmnunluq duyacağınızı xəbər verir. Elə isə vaxtı fövtə verməyin. Bu gün fəaliyyətlə bağlı işlər üçün o qədər də uğurlu vaxt deyil.

BALIQLAR – Ümumi kosmik mənzərə sizdə səhhətlə bağlı problem yarada bilər. Bu səbəbdən də qayğınıza qalmağa çalışın. Ayaq nahiyənizə xüsusi diqqət ayırın. Qalan sahələrdə normallıq olacaq.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR