Digər
SOCAR “Petkim”dəki payını necə satışa çıxarmasını açıqladı
Xəbər verildiyi kimi, SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-nı satışa çıxarır.
Publika.az-a şirkətdən verilən xəbərə görə, satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda investisiya həyata keçirən xarici fondlarda 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək. Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü & Co;” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq.
“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satışla bağlı açıqlamasında bildirib ki, bu əməliyyat xarici investorların SOCAR və “Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir: “Bu hissələr 2009-2010-cu illərdə investisiya məqsədi ilə İstanbul Birjasından o zaman üçün çox ucuz hesab etdiyimiz 2.10 türk lirəsinə alınıb və buna görə də indiki satış əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq”. İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən edildiyini, SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd edib.
“Petkim”in hissələri ötən il İstanbul Birjasında ən böyük 30 şirkət arasında ən yüksək dəyər artımına nail olmasıyla diqqət çəkmişdi. Xarici fondların “Petkim” hissələrini birjada son 7 ildəki ən yüksək qiymətə (4 türk lirəsinə) almaq istəyi bazarda holdinqin perspektivinə bəslənən etimadın bariz nümunəsi kimi dəyərləndirilir.
İqtisadiyyat şöbəsi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR