Fikrət Yusifov: “Bu layihənin baş tutması Prezidentin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olub”
Bizi izləyin

Digər

Fikrət Yusifov: “Bu layihənin baş tutması Prezidentin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olub”

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Koordinasiya Şurasının ilk iclası Azərbaycanın Avropanın enerji sektorunda əhəmiyyətli rol oynayacağından xəbər verdi. Qiymətləndirmələrə görə, Cənub Qaz Dəhlizi keçən ölkələrin enerji nazirlərinin bu layihəni bir daha dəstəkləməsi tikinti fazasına qədəm qoyduğu dövrdə layihəyə olan inamın artırılması deməkdir.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovun Publika.az-a verdiyi açıqlamaya görə, Cənub Qaz Dəhlizi regionda yeni beynəlxalq layihələrin reallaşmasına əsas yaratmaqla yanaşı, Qara dəniz və Xəzər dənizi hövzələrinin dövlətləri üçün yeni imkanlar açacaq: “Bu layihənin baş tutması Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olmuşdu. Layihənin reallaşdırılması Azərbaycanın iqtisadi müstəqilliyinin daha da artırılmasına, təkcə regionda deyil, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasında daha layiqli yer tutmasına və onun siyasi mövqeyinin daha da möhkəmlənməsinə çox gözəl zəmin yaradacaq.

Layihənin reallaşmağa başlayacağı 2015-ci ilin əvvəlində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir. Heç şübhə yoxdur ki, bu müzakirələr layihənin uğurla icra edilməsi istiqamətində atılan çox vacib bir addımdır”.

F.Yusifov bildirib ki, keçən ilin sonlarında Rusiya Prezidenti V.Putinin Ankaraya səfəri zamanı Rusiyanın “Cənub axını” qaz layihəsindən imtina etməsi istiqamətində bəyanatından sonra Cənub Qaz Dəhlizi layihəsi daha böyük əhəmiyyət kəsb etməyə başladı: “Əgər gələcəkdə Cənub Qaz Dəhlizi layihəsinə Türkmənistan və İran kimi böyük qaz ehtiyatları olan dövlətlərin də qoşulmaq imkanlarının olduğunu nəzərə alsaq, onda bu layihənin uğurlarının gözlənildiyindən də artıq olacağını deyə bilərik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm