Deputat orta tibb təhsilindən NARAZIDIR: “Qənaətbəxş deyil”
Bizi izləyin

Digər

Deputat orta tibb təhsilindən NARAZIDIR: “Qənaətbəxş deyil”

“Ötən il Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub. Bununla sosial sahənin inkişafına da şərait yaradılıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Milli Məclisin plenar iclasında deyib.

Deputat qeyd edib ki, hökumətin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub. Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub: “Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı. Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanalar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərinə verilən müavinət minimum pensiya həddinə çatdırılsın”.

Milli Məclis üzvü ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. O, ipoteka proqramından əlavə sosial evlərin tikintisinin mənzil probleminin həllində mühüm rol oynayacağını vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlərdən də danışıb: “Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm