• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Banklar Elman Rüstəmovun tövsiyəsinə əməl edirmi?- SORĞU

  • Digər
  • 30 Mart 2015 17:54
  • 500 Baxış
Banklar Elman Rüstəmovun tövsiyəsinə əməl edirmi?- SORĞU

Mərkəzi Bankın kommersiya banklarına valyuta kreditlərinin vaxtını uzatmaları və yaxud faizləri aşağı salmaları ilə bağlı tövsiyəsindən 10 gündən çox vaxt keçir. Bankların bu istiqamətdə hansı güzəştlərə gedib-getmədikləri sual doğurur.

Publika.az xəbər verir ki, dolların bahalaşması nəticəsində bu valyuta ilə ödənişlərin məbləği manatla ifadədə 34% artıb. Onu da bildirək ki, 2014-cü ilin sonuna 5037 milyon dollar xarici valyutada kredit verilib. Hansı ki, 2013-cü ilin sonunda bu rəqəm 4346,3 milyon dollar olub. İlin sonuna 208,8 milyon dollar kreditin vaxtı keçib. Devalvasiya nəticəsində bu rəqəmin artacağı istisna edilmir. Rəylərə görə də, banklar Mərkəzi Bankın tövsiyələrini reallaşdırsalar, bu həm borcalanların, həm də bankların vəziyyətini yüngülləşdirər.

Sorğularımız göstərir ki, bankların əksəriyyəti Mərkəzi Bankın tövsiyəsinə əməl etməyiblər. Bəzi banklar isə anutet ödəmənin müddətini uzatmaq və ya faizlərdə 2-3 faiz endirimə getməklə MB-nın sözünü yerə salmayıblar.

İlk olaraq müraciət etdiyimiz “AG Bank”dan bildirildi ki, müştəri ancaq kredit götürdüyü filiala yaxınlaşıb bankın bu sahədə güzəştini öyrənə bilər.

“Atabank”dan da eyni cavabı aldıq.

“Bank Technique”dan isə bildirdilər ki, hələlik bu tövsiyə ilə bağlı onlara göstəriş gəlməyib. Ona görə dollarla kreditlər də günün məzənnəsinə uyğun ödənilir.

“Bank of Baku” müştərilərə 1 faizdən 3 faizədək endirimlər edir. Amma müştəriyə müddətin uzadılması da təklif olunur. Yəni müştəri bu iki variantdan birini seçə bilər.

“Unibank”dan isə bildirildi ki, müsbət tarixçəsi olan, ödəmələrdə gecikdirmələr etməyən müştərilərə 2 faiz endirim təklif edilib. 2 ildən artıq müddətə kredit götürənlərə isə 4 faiz endirim təklif olunub.

“Rabitəbank”dan isə öyrəndik ki, müştərilərə ən yaxşı güzəşt müddətin uzadılmasıdır.

“Expressbank” dan qeyd edildi ki, hər zaman manatla kredit verilməsinə üstünlük verilib. Kreditin dollarla verilməsi məcburi olmadığı üçün heç bir güzəşt nəzərdə tutulmur.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR