Ukrayna bütün pulunu xərclədi
Bizi izləyin

Digər

Ukrayna bütün pulunu xərclədi

Ukrayna valyutası qrivna rubldan da pis vəziyyətdədir. Qrivnanın dəyərdən düşməsinin qarşısını almaq üçün hökumət rezervlərinin hamısını istifadə edib.

Publika.az xəbər verir ki, müharibə ölkə iqtisadiyyatını iflic edib. 2014-cü ildə iqtisadi resessiya -6,8 faiz olub. Bu il isə həmin rəqəmin -5,5 faiz olması gözlənilir. İflas etməmək üçün ölkə Beynəlxalq Valyuta Fondundan 17 milyard dollar kredit alıb. Bunun qarşılığında Ukrayna hökuməti iqtisadi reformlara söz versə də, vacib məsələlər də var. Hansı ki, bura alınan borcların qaytarılması daxildir. Ukrayna maliyyə böhranı ilə üz-üzə olsa da, borc verənlər güzəştə getmək niyyətində deyillər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm