• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Media monitorinq sistemi tam avtomatlaşdırıldı

  • Digər
  • 30 Aprel 2015 15:18
  • 220 Baxış
Media monitorinq sistemi tam avtomatlaşdırıldı

Media Consulting and Services MMC media monitorinq sistemində iki mühüm dəyişiklik edib. İlk dəyişiklik, çap mətbuatının monitorinqini avtomatlaşdırmaq üçün xüsusi proqramın tətbiq edilməsidir. Sadə dildə desək qəzet və jurnalları bundan sonra insan deyil, proqram oxuyub, açar sözlərə uyğun tapıb, müştəriyə müəyyən edilmiş qrafiklə özü göndərəcək. Çap mətbuatının monitoqinqinin avtomatlaşdırılması insan faktorunu minimuma endirməklə yanaşı, keyfiyyəti və operativliyi artıracaq. Prosesin avtomatlaşdırılmasının daha bir üstünlüyü onun istənilən həcmin öhdəsindən gəlməyə imkan verməsidir. Qeyd edək ki, indiyə kimi monitorinq qrupu yalnız on-line resurslarının monitorinqini avtomatlaşdırmışdı, çap mətbuatı isə yarım-avtomat rejimində izlənilirdi.

Monitorinq sistemində edilən daha bir dəyişiklik bundan sonra “AGILLI KABİNET” vasitəsilə bütün növ media məlumatlarının idarə edilməsinə, o cümlədən izlənməsinə, emalına, statistikanın aparılmasına imkan verəcək. Qeyd edək ki, indiyə kimi “AGILLI KABİNET” vasitəsilə yalnız on-line mənbələrin məlumatını idarə etmək mümkün olurdu. Beləliklə, tətbiq edilən yeniliklərdən sonra, on-line mənbələrlə yanaşı çap (qəzet və dərgilər) mətbuatının və TV məlumatlarını idarə etmək mümükündür.

Media Consulting and Services MMC-nin müdiri Samir İsmayıl Media Monitorinq sisteminə ən müasir həllərin tətbiq edildiyini qeyd edib: “Yaşadığımız iqtisadi böhran fonunda özünün heç də yaxşı dövrünü yaşamayan çap mətbuatının monitorinqinin avtomatlaşdırılması və bütün növ mənbələrin məlumatlarının vahid pəncərədən idarə edilməsini reallaşdırmaq iki səbəbdən irəli gəlib: müştəri məmnunluğunun təmini və ən yeni texnologiyaları tətbiq etməklə işlərin öhdəsindən daha peşəkarlıqla gəlmək. Qeyd edim ki, düz iki il əvvəl biz on-line resursların monitorinqinin avtomatlaşdırılmasına test rejimində tətbiq etməyə başlamışdıq. İki il ərzində isə sistemi tam avtomatlaşdırmağı qarşımıza məqsəd qoymuşduq və biz buna nail olduq. Ona görə də bu münasibətlə öz heyətimizi və müştərilərimizi təbrik edirəm. Belə bir mürəkkəb layihəni yerli tərəfdaşların dəstəyi və beynəlxalq peşəkar şirkətlərlə işbirliyi nəticəsində reallaşdırmaq mümükün oldu. Bu prosesdə iştirak edən bütün tərəfdaşlarımıza da öz təşəkkürümüzü bildirirəm. Media monitorinq sisiteminin tam avtomatlaşdırılmasını yerli təhcizatçı olaraq ölkəmizdə ilk dəfə tətbiq etməyimiz bizi hədsiz sevindirir”.

Samir İsmayıl müştərilərə müraciət edərək bilirib ki, “AGİLLI KABİNET”ə malik olan müştərilərin sistemi 1 May 2015-ci il tarixindən etibarən yenilənəcək. Yenilənmiş “AGİLLI KABİNET”dən istifadə qaydaları üzrə təlimatlar veriləcək. İstifadə ilə bağlı yarana biləcək istənilən problem həm vizual həm də virtual qaydada həll ediləcək.

Qeyd edək ki, Media Consulting and Services MMC 2004-cü ildən peşəkar media monitorinq fəaliyyəti göstərir. Hazırda 22 sektorun media monitorinqi aparılır. Monitorinq komandası xəbərlərdən əlavə TV və radiolarda reklamların da monitorinqini aparır. PRA media monitorinq üzrə Agentliyin strateji tərəfdaşıdır.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR