Dövlət Statistika Komitəsi tikintidə qiymətləri açıqladı
Bizi izləyin

Digər

Dövlət Statistika Komitəsi tikintidə qiymətləri açıqladı

İlin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,9 faiz, yol və körpü tikintisində isə 0,1 faiz bahalaşma müşahidə edilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9 faiz qalxıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunub.

İqtisadiyyat şöbəşi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm