Digər
Manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən 30% bahalaşıb
Bu ilin birinci rübündə Mərkəzi Bank məzənnə siyasətini xarici valyutaya tələbinin əhəmiyyətli artması şəraitində həyata keçirib.
Publika.az AMB-nin yanvar-mart ayları üzrə pul siyasəti icmalına istinadən bildirir ki, 2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyillərinin güclənməsinin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə ABŞ dollarına tələbi yüksəldib. Xarici valyutaya tələbin yüksəlməsi daxili valyuta bazarının hər iki seqmenti – nağd və qeyri-nağd valyuta bazarları üzrə müşahidə olunub. Hesabat dövründə valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə artıb.
Əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. Ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2.3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.4 dəfə artıb. Banklar tərəfindən əhaliyə xalis satılan nağd valyutanın həcmi 2.1 dəfə artıb. Valyuta bazarında yaranmış vəziyyəti nəzərə alaraq, AMB-nin İdarə Heyətinin qərarı ilə fevralın 21-də dolların manata qarşı məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Bu qərarın qəbulu ərəfəsində manatın partnyor olduğu ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatıb. Belə ki, 2014-cü ilin əvvəlindən 2015-ci ilin fevral ayının ortalarınadək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahalaşıb. Bu dövrdə ABŞ dollarına nəzərən rus rublu 86%, avro 20%, qazax təngəsi 20%, turkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%, Ukrayna qrivnası 169%, turk lirəsi 13%, İran realı 12%, gürcü larisi 31% dəyərdən düşüb. Məzənnənin 33.55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş verib.
İqtisadiyyat şöbəsi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR