ABŞ, Rusiya, Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynanı müzakirə edir - YENİLƏNDİ
Bizi izləyin

Digər

ABŞ, Rusiya, Britaniya, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynanı müzakirə edir - YENİLƏNDİ

Ukrayna böhranı - ABŞ-Rusiya danışıqları planlaşdırılır

Ukrayna NATO-ya üzvlüyü prioritet elan edəcək

Ukrayna Ali Radasına (parlament) ölkənin NATO-ya daxil olmasına imkan verəcək qanun layihəsi təqdim olunub.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, qanun layihəsinin mətni parlamentin saytında dərc edilib.

Qanun layihəsi "Milli təhlükəsizliyin əsasları qaqqında” qanuna düzəlişləri təklif edir. Təklif olunur ki, qanuna avroatlantik məkana inteqrasiya, Avropa İttifaqı və Simali Atlantika Müqaviləsi Təşkilatına üzvlük prioritetlər olaraq yer alsın.

Bundan başqa, qanun layihəsi "Daxili və xarici siyasət prinsipləri haqqında" qanuna dəyişikliklər edilməsini də nəzərdə tutur. 11-ci maddədən Ukraynanın blokdankənar dövlət olduğu barədə bəndin çıxarılması təklif edilir. Elə bu maddəyə (xarici siyasətin prinsiplərinin sadalandığı hissəyə) "Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyü və Avropanın kollektiv təhlükəsizlik sisteminin yaradılmasında iştirak haqqında" bəndin əlavə edilməsi təklif edilir.

Sənədin müəllifləri keçmiş müxalifət, hazırda isə hakim "Batkivşina" partiyasından olan deputatlar Aleksandr Çornovolenko, Valentin Korolyuk və Boris Tarasyukdur. B.Tarasyuk keçmişdə Ukraynanın NATO yanında missiyasının rəhbəri olub, sonralar ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, Ukraynanın fevralın sonlarında formalaşan yeni hökumətində Baş nazirin Avropaya inteqrasiya üzrə müavini postunu tutub.

Ömər Dağlı

Xronologiya

16.36

ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdə Bakı vaxtilə saat 4-də Ukrayna böhranı ətrafında mühüm müzakirələr keçirəcək.Krımda gərginlik gecə boyunca davam etsə də, zorakılıq barədə məlumat yoxdur(BBC).

Lavrov Ukraynada silah vasitəsilə hakimiyyət dəyişikliyini pisləyıb.Fikir ayrılıqlarına baxmayaraq, hər iki tərəf danışıqlara başlamaq üçün hazır olduqlarını açıqlayıb.

Rusiya hələ də Ukraynanın cənubi muxtar rayonuna - Krıma de-fakto nəzarət edir.

18:39: Parisdə Yelisey prezident sarayında ABŞ, Rusiya, Britaniya, Fransa və Almaniya xarici işlər nazirlərinin Ukrayna böhranı barədə müzakirələri başlayıb. (Reuters)

18:34: Xarkovda Rusiya tərəfdarlarının hər an başlaya biləcək nümayişinə 500-ə qədər insan var. Hələlik gərginlik müşahidə edilmir.

18:23: Avropa Bərpa və İnkişaf Bankı bildirib ki, iqtisadi yenidənqurma üçün Ukraynaya qarşıdakı 6 il ərzində 5 milyard avro həcmində yardım təklif edəcək. (Reuters)

18:14:ABŞ, Ukrayna və Britaniya nazirləri beynəlxalq müşahidəçilərin təcili surətdə Krıma və şərqi Ukraynaya getməsi ətrafında razılığa gəlib. (Reuters)

18:11: Parisdə ABŞ, Ukrayna və Britaniya xarici işlər nazirləri razılaşıb ki, gərginliyi yumşaltmaq üçün Ukrayna və Rusiya arasında beynəlxalq icmanın da iştirakı ilə birbaşa danışıqlar mühümdür.

17:55: Çərşənbə günü Bakı vaxtilə saat 8-də həm Donetskdə Aİ tərəfdarları, həm də Rusiyapərəstlər nümayişlər keçirməyi planlayır. Yeni təyin edilmiş qubernator Serhiy Taruta polisə Aİ tərəfdarlarını Rusiya tərəfdarlarının mümkün hücumlarından qorumağı əmr edib, yerli Novosti.dn.ua bildirir.

17:39: Prezident Putin deyir ki, Ukrayna böhranı Rusiya, Belorus və Qazaxıstanın daxil olduğu gömrük ittifaqına məfi təsir göstərə bilər. Cənab Putin ixracçıları qorumaq üçün ölçülər götürməyə çağırıb. (Reuters)

Gömrük İttifaqı ölkələri Ukraynadakı ağır böhran vəziyyəti ilə əlaqədar müdafiə tədbirləri barədə düşünməlidirlər. Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı ağır böhran vəziyyətindədir və bu, Gömrük İttifaqı bazarı üçün mənfi nəticələr verə bilər: "İstehsalçılarımızı və ixracatlarımızı qorumaq üçün birgə tədbirlər və Ukrayna ilə gələcək münasibətlərin parametrləri barədə düşünməliyik".

Qeyd edək ki, Gömrük İttifaqına Belarus, Qazaxıstan və Rusiya daxildir.

17:35: Aİ press reliz yayaraq bildirib ki, Ukrayna büdcəsini mənimsəmək ittihamı ilə 18 nəfər barəsində sanksiya veriləcək.

17:28: ABŞ Dövlət Katibi Con Kerri və Aİ liderləri hələ də Rusiya ilə Ukraynanın müvəqqəti liderləri arasında birbaşa əlaqələr yaratmağa çalışır. BBC diplomatiya müxbiri Bridget Kendall deyir ki, birbaşa danışıqlar bir masa arxasına yığışmaq kimi olmasa da, ya vasitəçilərlə, ya da beynəlxalq saziş imzalatmaqla mümkün ola bilər.

17:26: ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer deyib ki, "Ümidimiz budur ki, monitorinq missiyasi birgə edəcəyəmiz nəsə olacaq və Rusiya Federasiyana qoşunlarını bazalara geri çağırmaq kimi düzgün qərar vermək şansı vərəcək"

17:25: ATƏT tərkibində 18 ölkədən silahsız izləyicilər Ukrayna göndəriləcək. ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer bildirir ki, o, Rusiyanın monitorinq prosesində əməkdaşlıq edəcəyinə ümid edir.

16:58: NATO rəhbəri sabah Ukraynanın baş naziri ilə görüşəcək BBC-dən Steve Rosenberg məlumat verir.

17.25

ATƏT-i Krıma buraxmadılar

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Krıma göndərdiyi hərbi missiya muxtariyyət ərazisinə buraxılmayıb.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Litva xarici işlər naziri Linas Linkyavuçis bildirib.

“Biz çox istəyirik ki, ATƏT-in hərbi missiyasını Krıma buraxsınlar. Amma buna zəmanət verə bilmirəm, çünki Krım rəhbərliyi başqa təşkilatlarla əlaqələrə həvəs göstərmir. Amma ümid edirik ki, onları inandırmağı bacaracağıq”, - Litva xarici işlər naziri deyib.

Qeyd edək ki, ATƏT-in baş katibi Lamberto Zannier 35 nəfərdən ibarət silahsız hərbi missiyanın 5-12 mart tarixlərində Krımda olacağını bildirmişdi. Hərbi missiya Ukrayna və Rusiyanın Krımdakı hərbi bazalarına baş çəkməli idi.

Ömər Dağlı

17.10

ATƏT hərbi missiyanı Krıma göndərdi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 35 nəfərdən ibarət silahsız hərbi missiyası 5-12 mart tarixlərində Krımda olacaq.

Publika.Az –in “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zannier bildirib.

O, qeyd edib ki, bu qərar qurumun 4 mart 2014-cü il tarixində Avstriyada keçirilən iclasında Ukraynanın müraciətinə əsasən qəbul edilib. ATƏT-in missiyası öz işinə Odessadan başlayacaq.

Hazırda ATƏT-in on səkkiz üzvü - Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, Latviya, Litva, Norveç, Polşa, Slovakiya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ öz nümayəndələrini Ukraynaya göndərəcəyini açıqlayıb.

Ömər Dağlı

16:54: Donetskdə şəhər administrasiyası binası bombadan təmizlənib. (BBC)

16:44: Donetsk şəhər administrasiyası binasının qarşısında təxminən iki yüz rusiyapərəstin nümayişində 80-ə yaxın polis var. Nümayiş lideri Pavel Qubarev deyib ki, "bu gün biz binaya bir daha girəcəyik".

16:40: Donetskdə regional və şəhər administrasiyası binasının həyətinə bomba məhvedən maşın gətirilib. Yerli polis bildirib ki, bu yük maşını binanın birinci mərtəbəsində tapılan partlayıcı maddəni məhv etmək üçün istifadə ediləcək.

Rusiya tərəfdarları bundan əvvəl də Donetskda nümayiş keçirib.

16:38: Rusiya prezidenti Vladimir Putin 2014 Nobel Sülh Mükafatı nominantıdır. (Röyters)

16:33: Ukraynanın baş naziri Arseni Yasenyuk bildirib ki, "Krım Respublikasının əlavə muxtariyyət alması" məsələsinə xüsusi iş gücü sərf edilməlidir (AP).

16:32: Britaniyanın baş nazirib Kameron deyir ki, o, atılacaq addımlar barədə bu günorta prezident Obama ilə danışacaq, Almaniya kansleri Merkellə görüşəcək və sabah Avropa İttifaqı Şurasından öncə Fransa prezidenti Hollande ilə görüş keçirəcək

16:32: Baş nazir David Kameron Ukraynada Rusiyanın hərəkətlərinə ehtimal edilən cavablar barədə Britaniya deputatlarına deyib ki, "Diplomatik, iqtisadi və siyasi addımlar atacağımızı dedikdə, hər şey nəzərdə tutulur".Lakin o vurğulayıb ki, hər bir addım "bizim avropalı və amerikan tərəfdaşlarımızla razılaşdırılmalıdır"

16:29: Ukraynanın baş naziri Arseni Yasenyuk deyir ki, Krım Ukraynanın tərkibində qalmalıdır, lakin muxtariyyət hüququnu saxlaya bilər. (AP)

16:25: Britaniyanın baş naziri İcmalar Palatasına bildirib ki, "biz Soçi Paralimpiya Oyunlarına krallıq və rəsmi ziyarətləri saxlamışıq. İndiki status-kvonı nəzərə almaqla, başqa addımlar da atmalıyıq. Biz həmçinin Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmətsizlikdən çəkindirmək üçün başqa hansı- siyasi, iqtisadi və diplomatik addımlar atacağımızı düşünməliyik".

16:21: "Bu gün məqsəd Rusiyanı diplomatik proseslərə gətirməkdir.. ən azından proseslərə başlamaqdır", Britaniyanın xarici işlər naziri Uilliam Heyq cənab Kerri və Ukraynanın müvəqqəti xarici işlər naziri Andriy Deşçitsya ilə danışıqlardan sonra bildirib. (AFP)

16:16: ABŞ Dövlət Katibi Con Kerri Parisə Prezident sarayına çatıb. Əvvəlcədən planlaşdırıldığı kimi o, Livan barəsində konfransda iştirak edəcək, amma danışıqların Ukrayna böhranı haqqında olacağı da gözlənilir.

16:01: BBC Rusca Xidmətinin prodüseri Oleg Boldırev Krımda, Yevpatoriyada Ukrayna hava hücumundan müdafiə sisteminin içərisindədir. O deyir ki, Ukrayna komandirinə Rusiya tərəfdən bütün silahlara qadağa qoymaqla Ukrayna qoşunlarını silahsız qoymaq əmri verilib.

15:37: Britaniya hökuməti Rusiyaya silah ixracı lisenziyalarına yenidən baxacaq. Britaniya Rusiyanı silahla təchiz etməsə də, hərbi maşın və dəzgahlar üçün hissələr ixrac edir.

15: 32 Avropa Komissiyası Prezidenti Xose Manuel Barroso Ukraynaya növbəti bir neçə il ərzində 11 milyard avroluq yardım paketini elan edib.

15:30: Rusiya Ukrayna elektrik stansiyalarına nüvə yanacağı təchizatını "qeyri-sabitliyə görə" dayandırıb. Bu isə o deməkdir ki, Ukraynada təchizat aprelin sonunadək tükənəcək, Rusiya Baş nazirinin müavini Dmitrii Roqozin deyib. (BBC Monitoring/Interfax)

15:29: Prezident Putin deyir ki, siyasi gərginliyin Rusiyanın "ənənəvi tərəfdaşları" ilə iqtisadi əməkdaşlığına mane olmasını istəmir.

15:27: ABŞ dövlət katibi Con Kerri deyib ki, ABŞ və Britaniya Rusiya və Ukraynanı Paris görüşü üçün bir araya gətirə bilmədi( “Röyters”).

14.45 Krımın yeni höküməti Rusiyanın Tatarıstan Respublikası ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb, "Itar-Tass" agentliyi yazır.

Müqavilə Simferopolda Krım lideri Sergey Aksyanov və Tatarıstan prezidenti Rustam Minnixanov arasında imzalanıb.

14.34 Saytlarda yayılan bir videoda təsvir edilir ki, üzərində heç bir işarə olmayan hərbi formalı bir kişi Rusiyadan olduğunu deyir. Lavrov deyib ki, "bu, araqarışdırmadır, əlbəttə".

Almaniya hərbisinə aid təyyarə Maydanda yaralanmış 50 ukraynalını tibbi yardım üçün Avropa ölkələrinə aparacaq, rəsmilər AFP agentliyinə deyib.

14.30 Rusiyapərəst silahlılar etnik rusların üstünlük təşkil etdiyi Krımda Ukrayna qoşunlarını barikadalara sıxışdıraraq nəzarəti ələ alıb.

14.14 Krımda Ukrayna komandanlığı və nəzarət gəmisi iddia edir ki, gəmiyə müdaxiləni dəf edib, Fəqət BBC bu məlumatı təsdiqlədə bilməyib.

14.10 BBC yazır ki, Rusiya tərəfi Facebookda Ukrayna üçün "könüllülər axtarır".

Madriddəki BBC müxbiri Tom Burridge deyir ki, Rusiyanın xarici işlər naziri rəsmi Moskvanın Ukraynanın hazırki hakimiyyətini qanuni hesab etməməsini və rusdilli millətin təhlükədə olması kimi fikirləri çərçivəsindən çıxış edir.

14.08 Britaniyada mənzillənən Channel 4 News bildirir ki, Ukraynada hakimiyyət üstünlüyü sağçılardadır.

14.06 Həmçinin maraqlıdır ki, Sergey Lavrov Krımdakı silahlı qrupların Rusiyaya aid olmadığını və Rusiyadan birbaşa əmrlər almadığını təkrarlayıb, Madriddəki BBC müxbiri Tom Burridge qeyd edir.

14.03 Xarkovda planlaşdırılan iri Rusiyapərəst nümayiş hələlik reallaşmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm