Azərbaycan “Cənub Qaz Dəhlizi”nə sadəcə kommersiya layihəsi kimi baxmır
Bizi izləyin

Digər

Azərbaycan “Cənub Qaz Dəhlizi”nə sadəcə kommersiya layihəsi kimi baxmır

“Cənub Qaz Dəhlizi” layihəsi dünyada neftin qiymətlərinin dəyişməsindən asılı olmayaraq iqtisadi cəhətdən səmərəlidir”.

Publika.az xəbər verir ki, bunu SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı bəyan edib. O bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində uzunmüddətli tranzit müqavilələri imzalanıb. Məhz buna görə Azərbaycan Avropanı uzunmüddətli və etibarlı tərəfdaş kimi qəbul edir. Avropa dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyi təhdid altındadır. O cümlədən Xəzər regionundan alternativ qaz tədarükünün zəruriliyinə dair bəyanatların sayı da çox olub. 2006 və 2009-cu illərdə Avropada qaz böhranı yaranıb. Lakin əslində Avropa bu cür risklərə baxmayaraq, öz təhlükəsizliyinin təminatı üçün az iş görüb”.

E.Nəsirov vurğulayıb ki, Azərbaycan “Cənub Qaz Dəhlizi”ni sadəcə kommersiya layihəsi deyil, həm də “Avropaya inteqrasiyada siyasi strategiya” hesab edir: ““Ümid edirik ki, Avropa bu layihəyə eyni cür yanaşır. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün “Cənub Qaz Dəhlizi” layihəsinin Avropaya yayılması zəruridir. Öz tərəfindən SOCAR bu prosesdə hər vasitə ilə iştirak etməyə hazırdır”.

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 45-48 mlrd. dollar təşkil edir. Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2019-cu ilin sonunda gözlənilir. Bundan başqa, 6 mlrd kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm