Bir nəfər ayda içkiyə 100 manat pul xərcləyir
Bizi izləyin

Digər

Bir nəfər ayda içkiyə 100 manat pul xərcləyir

İlin əvvəlindən hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 100,6 manatlıq qida və içki, tütün məmulatları alıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, istehlakçılar 100,2 manatlıq qeyri-ərzaq malları alıb. 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 13,6 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 9,5 manata bərabər olub. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq malları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebelin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,1 faizi əczaçılıq və tibbi malların, 6,7 faiziavtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 200,8 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 manat çox əmtəə alıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm