UNİBANK-dan 0% komissiya ilə kredit
Bizi izləyin

Digər

UNİBANK-dan 0% komissiya ilə kredit

Unibank Dövlət qulluqçularının peşə bayramı və Silahlı qüvvələr günü ilə əlaqədar olaraq xüsusi kampaniya keçirir. İyunun 24-dən iyulun 1-dək davam edən kampaniya çərçivəsində dövlət qulluqçuları və Silahlı qüvvələrin əməkdaşları Unibank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edə biləcəklər. Bu xüsusi aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur. Komissiyasız və sərfəli nağd kreditin şərtlərindən Silahlı Qüvvələrinin bütün zabit və gizirləri, həmçinin 70-dən çox nazirlik, dövlət komitələri və digər dövlət orqanlarının əməkdaşları faydalana bilər.

Ölkənin qabaqcıl banklarından biri olan Unibank-ın maliyyə bazarında rolu, beynəlxalq maliyyə institutları və KİV tərərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Unibank həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb.

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank - hər kəsin bankı!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm