Paranormal
“Tanrı yoxdur, yadplanetlilər var, onlar yenə gələcəklər” - İNANILMAZ İDDİA
Yadplanetlilərin həyat tərzi və antik mədəniyyətlərdən bəhs edən “Tanrının maşınları” adlı kitabın müəllifi, isverçəli yazar Erix Von Daniken yadplanetlilərin minlərlə il öncə Yer kürəsinə səyahət etdiklərini və yenidən gələcəklərini deyib.
Publika.az xəbər verir ki, yazar yadplanetlilərin Yerə gəlib təkamül müddətində bir sıçrama yaşamağımız üçün mübarizə aparacaqlarını iddia edib.
Yazıçı araşdırmalarının fabulası haqqında məlumat da verib:
“Araşdırmalarımın məqsədi həmişə eynidir. Yadplanetlilər min illər öncə planetimizə səfər edib. Əcdadlarımız o zaman daş dövründə yaşayırdı. Nə olduğunu anlamadılar və bu yadplanetliləri tanrı hesab etdilər. Ancaq tanrılar yaşamır. Əcdadlarımız isə bunu bilmirdi. Bu tanrılar günümüzdəki etnoqraflar kimi davrandılar. Bir neçə qəbiləni araşdırdılar, bir neçə dil öyrənib tövsiyələr verdilər. Bir müddət sonra gələcəkdə bir daha geri gələcəklərinə dair söz verdilər”.
Daniken “tanrılar nə zaman geri gələcək” sualına isə belə cavab verib:
“Onların nə zaman geri gələcəyini kimsə bilmir. Ancaq onların, onsuz da, burada olduqları ehtimalını gözardı etməmək lazımdır”.
Yazıçının iddialarına görə, yadplanetlilərin gəliş məqsədləri düşməncə olmayacaq:
“Bu daha çox xaricdən qaynaqlanan bir təkamül sıçramasına yönəlmiş səfər olacaq. Biz təkamülün məhsuluyuq, ancaq yalnız təkamülün deyil. Dünya heç zaman qapalı sistem olmadı. Bəzi zamanlarda xaricdən müdaxilələr oldu. Hazırda bir çox insan yadplanetlilər tərəfindən qaçırıldığını söyləyir. Vücudlarında yadplanetli çiplərin olduğu insanlar, həqiqətən də, var. Dövlət də bunların insanlıq üçün potensial bir təhdid olub-olmadığını və ya bunların axmaqlıq olduğunu öyrənmək istəyir. Mənim bu mövzu ilə bağlı şərhim yoxdur. İndiyə qədər bir ədəd də olsa, UNO görmədim, yadplanetli ilə danışmadım. Ancaq onların çip yerləşdirdiyi insanlar, doğrudan da, var”.
Zümrüd
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq