Yerdən 643 km yuxarıda ultra lüks otel tikilir - Kosmos aydın görünəcək - - FOTOLAR
Bizi izləyin

Paranormal

Yerdən 643 km yuxarıda ultra lüks otel tikilir - Kosmos aydın görünəcək - - FOTOLAR

Rusiyanın nəhəng kosmos agentliyi olan “Roscosmoc” Beynəlxalq Kosmos Stansiyasında turistlər üçün nəzərdə tutulmuş ultra lüks bir otel layihəsi hazırlayır.

Publika.az xəbər verir ki, “Roscosmoc” agentliyi dünyanın insanlar tərəfindən yaratdığı peyklərdən birində dünya mənzərəli lüks otel inşa edəcək. Məqsəd dünyada bir ilkə imza atmaqdır.

Layihəyə görə otel kompleksi lüks suit otaqlardan, 2 kubmetrlik xüsusi kabinetlərdən, idman zalından, kabelsiz internetdən, fitness alətlər və mətbəx otağından ibarət olacaq.

Turistlərin yataq otağında kosmos aydın şəkildə görüləcək. Otel müştəriləri dünyadan 643 km yuxarıda yatacaq.

Eyni zamanda turistlərə peşəkar kosmonavtların müşayəti altında kosmosda yürüş şəraiti də yaradılacaq.

Sözügedən layihənin gerçəkləşdirilməsi üçün Rusiya tərəfindən 447 milyon dollar ayrılacaq. Lüks kosmos otelinin bütün xərclərini Rusiya Federasiyası və rusiyalı biznesmenlər öz üzərinə götürüb.

Hələ hazır olmayan otel üçün artıq rezervasiyalar edilib. Turistlər bunun üçün “RKK Energia” şirkətinə əvvəlcədən 4 milyon dollar ödəməlidirlər. İki il sonra isə 12,6 milyon dollarlıq daha bir ödəmə alınacaq. Nəhayət sonuncu ödəmə isə, 10,8 milyon dollar dəyərində məbləğ isə uçuş günü alınacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm