Banklar kreditləri azaldıb
Bizi izləyin

Pul

Banklar kreditləri azaldıb

Ümumi kreditlər 16275,5 milyon manat təşkil edib.

Ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalıb.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlər milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 12824,5 milyon manatı və ya 78,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,9 faizi dövlət, 62,2 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm