• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Toya hazırlaşan gəlinlər üçün tövsiyələr

  • Qadın
  • 11 Avqust 2015 16:43
  • 936 Baxış
Toya hazırlaşan gəlinlər üçün tövsiyələr

Toy arzusunda olan hər gənc qız uşaqlıqdan xəyallarla yaşayır, vaxt çatanda isə hər detala fikir verirlər.

Təəssüf ki, toy ərəfəsində xanımların istəkləri bəzən israfçılıqla nəticələnir. Odur ki, səhvlərə yol verməmək üçün qızlar bəzi məsələlərə diqqət etməlidir.

Publika.az toya hazırlaşan gəlin namizədləri üçün tövsiyələri təqdim edir. Həmin tövsiyələr sayəsində bəzi gəlinlərin etdiyi səhvlərə yol verməyəcək və toya çox rahat hazırlaşacaqsınız.

Dəvətnamələr

Dəvətlilər siyahısını yazmısınız və dəvətnamə sifariş verməyə hazırlaşırsınız?

Dəvətnamələri qonaq sayından artıq sifariş vermək məsləhətdir. Çünki son anda unutduğunuz birini xatırlayarsınız.

Özünüz üçün də xatirə olaraq bir dəvətnamə saxlamağı unutmayın.

Gəlin çiçəyi

Heç kimə sirr deyil ki, xarici filmlərdə gördüyümüz ənənələr bizim toy mədəniyyətimizə də təsirsiz ötüşmür. Məsələn, çiçək atmaq. Gəlin toyun sonunda öz çiçəyini qonaqlara sarı atır və gülü tutan qızın digər qızlardan əvvəl ailə quracağına inanırlar. Uzun illərdir ki, bu əyləncəli ənənənə bizim toylarda da tətbiq edilir. Lakin bu ənənə gülün korlanmasıyla nəticələnir. Gülü xatirə kimi saxlamaq istəyən gəlinlərə iki gül sifariş vermək tövsiyə olunur.

Çatışmazlıqlar

Toyunuz üçün hər zaman B planınız olsun. Toy günü planlaşdırdığınız yer bağlana, təmirə edilə, ya da digər problemlər çıxa bilər. Bu halda sizi çətinə salmayacaq və işləri asanlıqla qaydaya salan B planı hazır olmalıdır.

Ayaqqabı

Öz toyunuzda sındıra-sındıra oynamağı düşünürsünüzsə, onda ayaqqabı seçimində diqqətli olmalısınız. Ayaqqabı gəlinlik paltarı, ya da toyun təşkili qədər əhəmiyyətli detal hesab olunur. Forması sırf sizin zövqünüzdən asılı olduğundan ayaqqabınızı seçərkən ən önəmli meyarınız onun rahatlığı olmalıdır.

Büdcə

Hər cütlüyün toy üçün ayırdığı büdcə olur. Bu büdcə çox və ya az ola bilər. Ancaq gözlənilməz hadisələrə hazırlıqlı olmaq üçün ehtiyat pulunuz olmalıdır.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR