• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xiyar dərini necə gözəlləşdirir?

  • Qadın
  • 18 Aprel 2014 17:25
  • 2 051 Baxış
Xiyar dərini necə gözəlləşdirir?

Yaz və yay fəslində ən çox yeyilən tərəvəzlərdən biri də xiyardır. Bəs tez-tez yediyiniz xiyarın faydaları barədə məlumatınız varmı? Xiyarın həm sağlamlığa, həm də gözəlliyə bir çox faydalı var. Birinci növbədə bədənin bütün yorğunluğunu azaldır. Revmatizma və oynaq ağrılarına faydalıdır. Susuzluğu yatırır. İnsulin ehtiyacını qarşılayır. Tər vəzilərinin normal fəaliyyətinə səbəb olur. Tərkibinin çox hisəsini su təkil etdiyi dəriyə gözəllik verir. Bu ucuz, əlçatan tərəvəz sağlamlığı bərkidir və zahiri görünüşə çox gözəl təsir edir.

Xiyar orqanizmi maye ilə təmin edir. Əgər siz gün ərzində yetərincə maye qəbul edə bilmirsinizsə, bu zaman xiyar yeyin. O, 90 faiz mayedən ibarət olduğu üçün, orqanizmdə mayenin itməsini kompensasiya edir.
Xiyarın tərkibi dəri üçün lazım olan minerallardan ibarətdir. Xiyar kalium, maqnezium və silisiumla zəngindir. Buna görə gözəllik salonları bu tərəvəzdən ibarət prosedurları tez-tez təklif edir. Xiyarda demək olar ki, bütün lazımlı vitaminlər var. Əsasən immuniteti bərkidən, enerjini yüksəldən və dərini parıldadan A və B vitaminləri.
Xiyar maddələr mübadiləsini sürətləndirir və arıqlamağa imkan yaradır.

Xiyar yorğun gözləri canlandırır. Göz qapağının üzərinə soyudulmuş xiyar dilimini qoyaraq siz həqiqətən gözlərin altında olan kisələrdən azad olacaqsınız və gözlərinizin parlaqlığını qaytaracaqsınız.

Xiyar saçları və dırnaqları bərkidir. Silisium dırnaqları parlaq və güclü edəcək və saçlara daha sürətlə artmağa kömək edəcək.

Xiyar günəş yanıqlarla mübarizə aparmağa kömək edir. Dərinin qızarmış sahəsinə xiyar dilimini qoyun, qısa bir müddət ərzində qıcıqlanma keçəcək.

Xiyarın tərkibində olan maye orqanizmdə olan artıq və zəhərli maddələri çıxarır. Həkimlər iddia edirlər ki, düzgün qidalanma zamanı xiyar böyrəklərdə olan daşları əritməyə kömək edir.

Xiyar nəfəsi təravətləndirir. Xiyarın şirəsi diş ətinin iltihabı zamanı da istifadə olunur. Xiyar dilimini 30 saniyə ərzində damağınızda sıxın, və bu ağızda xoşagəlməz qoxuya səbəb olan bakteriyaları öldürəcək.

Xiyar şiş təhlükəsiylə mübarizə aparmağa kömək edir. Xiyarın tərkibində sekoizolarisirezinol, larisirezinol və pinorezinol var. Bu maddələr döş və yumurtalıqların xərçəngi daxil olmaqla, xərçəngin bəzi növlərinin riskini aşağı salır.

Xiyar şəkərli diabetlə mübarizə aparmağa kömək edir, xolesterinin səviyyəsini və qan təzyiqini aşağı salır. Xiyarda mədəaltı vəziyə insulini hasil etməyə kömək edən hormonlar olduğu üçün, bu diabetdən əziyyət çəkən pasiyentlərin vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirir. Həmçinin alimlər xiyarın tərkibində xolesterinin səviyyəsini aşağı sala bilən maddə sterin aşkar ediblər. Bundan əlavə xiyar sellüloz, maqnezium sayəsində həm yüksək, həm də aşağı təzyiqdən kömək edir.

Xiyar oynaqları bərkidir. Silisium birləşdirici toxumaları bərkitməklə oynaqların sağalmasına kömək edir.
Səhər baş ağrısının qarşısını almaq üçün, gecə yatmağa yola düşməzdən əvvəl bir neçə xiyar dilimi yeyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR