Bu ayaqqabılardan bütün qadınlarda olmalıdır - FOTOLAR
Bizi izləyin

Qadın

Bu ayaqqabılardan bütün qadınlarda olmalıdır - FOTOLAR

Hündür daban ayaqqabılar qadın dolabının ən dəyərli əşyalarıdır. Elə bir xanım yoxdur ki, hündür daban ayaqqabılara qarşı laqeyd olsun. Hətta onlarda yaxşı gəzə bilməyən qadın da hündür daban ayaqqabılara qarşı həssas olur. Nə qədər çox olsa da, gözləri doymur. Lakin bəzi modellər var ki, onlardan hər bir qadının dolabında olmalıdır.

Karamel rəngli ayaqqabılar - Bu rəng ayaqqabılar hər rəngə və geyimə uyğun gəlir. Açıq burunlu platforma ayaqqabı və ya qapalı olması fərq etmir. Ayağınıza yaraşan bir cüt karamel tonlarında ayaqqabı alın. Bu ayaqqabı modelinin üstünlüyü ondadır ki, bütün növ geyimlərlə uyğunlaşır.

Qara və rəsmi ayaqqabı - Qadınların əksəriyyəti iş həyatında aktiv fəaliyyətdə olur. Modern və cazibədar iş qadının, iş yerində geyinə biləcəyi topuqlu və rəsmi ayaqqabısının olması mütləqdir. Lakin modelin çox şit olmamasına fikir verin. İş yerində qabiliyyətiniz və bacarığınızla yanaşı, zövqünüz də müzakirə olunmasını istəyirsinizsə, qarderobunuza bu modeli daxil edin.

İdman ayaqqabıları - İdman ayaqqabıları qadın, kişi fərq etmədən hər kəsin qerderobunda yer almalıdır. Gündəlik işləri rahat şəkildə, eyni zamanda qaçaraq həll etmək istəyirisinizsə, bir cüt idman ayaqqabısı alın. İndi hər geyimə uyğun idman ayaqqabısı tapmaq olar.

Səndəllər - Yazın əvəzolunmaz ayaqqabı modelləri səndəllərdən başqa hansı ola bilər? Düz səndəlləriniz varsa, yazın zövqlü xanımı olmaq şansınız yüksəkdir.

Baletka - Rahat hərəkət etmək üçün ancaq idman ayaqqabılarına müraciət etmək lazım deyil. Yastı daban ayaqqabılar da ayaqları yormur.

Nazik və hündür dabanlar - Hər bir qadının qarderobunda nazik və hündür dabanalı ayaqqabı modeli olmalıdır. Bir qadını nazik dabanlı ayaqqabıdan başqa heç bir şey, zərif və möhtəşəm göstərə bilməz. Əlbəttə ki, ilk olaraq onlarda gəzməyi öyrənmək lazımdır. Dabanın hündürlüyünü seçərkən ayaqlarınızın rahatlığını nəzərə alın.

Tanketka - Balaca boylu xanımların ayaqqabı qarderobunun əsasını tenketka ayaqqabı modelləri təşkil etməlidir. Onlar həm çox rahatdır, həm də xanımları hündür göstərir. Lakin bu o demək deyil ki, tanketkaları ancaq balaca boy xanımlar geyinə bilər. Onlar bütün xanımların qarderobunda olmalıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm