Bahalı brendin dəbdəbəli modelləri - FOTOLAR
Bizi izləyin

Qadın

Bahalı brendin dəbdəbəli modelləri - FOTOLAR

“Oscar de la Renta”-nın kruiz kolleksiyası hər zaman olduğu kimi təmtəraqlı donlardan və yubkalardan ibarətdir. Markanın dizaynerləri bu uzun illər ərzində öz işini məharətlə görməyi öyrənib. Bəzən qeyri-adi və iri həcmli işləri ilə kolleksiyasını teatr muzeyinə çevirərək geyimləri lazım olduğundan artıq qabardır. Lakin bu dəfə belə bir şey baş verməyib.

Donları, kombinezonları, palto və şortları keçən əsrin teatr geyim muzeyinə yollamaq istəmirsən. Əksinə, onları elə indi öz əynində görməyə can atırsan. Kolleksiyada dizdən bir az aşağı olan ağ, qara, mavi və odlu çəhrayı rəngdə olan donlar xüsusi diqqət çəkir.

Bu geyim dəstlərinin ən yaxşı cəhəti ondan ibarətdir ki, onları geyinmək üçün xüsusi bəhanə gözləmək lazım olmur. Modellər tamamilə gündəlik, ofis, hətta gecə ziyafətləri üçün uyğun gəlir. Lakin yapon milli geyiminə bənzəyən, arxasında iri çəhrayı bantı və uzun şleyfi olan don kolleksiyanın yeganə təmtəraqlı modelidir. Publika.Az-ın qadın bölməsi yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm