Gözəlliyi ilə dünyaya səs salan hind aktrisaları - FOTOLAR
Bizi izləyin

Qadın

Gözəlliyi ilə dünyaya səs salan hind aktrisaları - FOTOLAR

Hind kinoları artıq əvvəlki kimi aktual və birmənalı deyil, amma inkar etmək olmaz ki, qadınları çox gözəldir. Onu da etiraf etməliyik ki, çoxumuz hind filmlərinə məhz aktrisaların bənzərsiz gözəlliyi və rəngbərəng sarilərini seyr etmək üçün baxırıq.

Publika.az bu yazıda oxucuları Hindistanın müasir aktrisaları ilə tanış edib.

Rəqqasə, aktrisa və fotomodel Şriya Saran gözəl olduğu qədər də istedadlıdır. O, sadə səhnələri möhtəşəm ekran işinə çevirə bilir.

Это Болливуд, детка!

Tamanna Bxatiya Bollivudda yeniyetmə yaşlarında debüt edib. O, ilk uğursuzluqdan sonra o, adını Thamannadan Tamannaya dəyişdirərək filmlərdə çəkilməyə başlayıb. 27 yaşlı kino ulduzu təkcə vətənindəki məşhurluğu ilə kifayətlənmək niyyətində deyil, o, həm də dünyaya çıxmağa hazırlaşır.

Это Болливуд, детка!

Şruti Həsən məşhur hind aktyoru Kamal Həsənin qızıdır. O, Tollivud kino sahəsində daha çox uğur qazanıb. Şruti Həsən ən yaxşı qadın roluna görə “Filmfare Awards South” mükafatına layiq görülüb. Onu dünyada ən gözəl hind xanımlarından biri hesab edirlər.

Это Болливуд, детка!

Ortaboylu, irigözlü aktrisa Asin Tottunkal böyük kinoya 2001-ci ildə debüt edib. O, “Filmfare Awards”, “Filmfare Awards South” və başqa kino mükafatlarına layiq görülüb. Lakin heyrətamiz gözəlliyə malik olan aktrisa evləndikdən sonra karyerasını başa vurub. Asin2016-ci il yanvarın 19-də iş adamı Rahul Şarma ərə gedib.

Это Болливуд, детка!

Trişa Krişnan bir neçə gözəllik müsabiqələrində qalib gəldikdən sonra özünü aktrisa kimi sınayıb.Это Болливуд, детка!

Kino aktrisası və model İleana de Kruz əsasən teluqa dillərində olan filmlərdə çəkilir. Birinci çəkildiyi “Devdas” filmi isə ona “Filmfare Awards South” kino mükafatını qazandırıb. Onun ikinci “Silahlı və çox təhlükəli” filmi isə teluqa dilində ən çox baxılan ekran işindən biri olub. O, ilk Bollivud “Barfi” filminə görə, ən qadın roluna görə “Filmfare Award” mükafatını qazanıb.

Это Болливуд, детка!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm