Qadınların 74 peşədə çalışması yasaqlandı
Bizi izləyin

Qadın

Qadınların 74 peşədə çalışması yasaqlandı

Belorus prezidenti Aleksandr Lukaşenko ölkədə qadınların işləyə bilməyəcəyi çətin, təhlükəli və zərərli işlərin siyahısını təsdiqləyib.

Axar.az xəbər verir ki, dünəndən etibarən icrasına başlanılan qanuna görə, qadınlar 74 peşədə işləyə bilməyəcək.

Qadınların neft və qazçıxarma operatoru, dalğıc, dülgər, qəssab kimi peşələrdə işləmələrinə qadağa qoyulub.

Bundan başqa qadınlar ağır şeyləri qaldırmaq, hündür yerlərdə işləmək, 1.3 metrdən yüksək yerlərdən meyvə və bitki yığmaq, yanğın söndürmək kimi işlər də görə bilməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm