• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hindlilərin mensturasiya tabusu

  • Qadın
  • 2 Noyabr 2014 06:42
  • 3 682 Baxış
Hindlilərin mensturasiya tabusu

“Mən heç vaxt qoymaram ki, qızım da aybaşı vaxtı mənim çəkdiyim iztirabları çəksin. Ailəm belə vaxtlarda mənimlə əl toxunulmayası bir adam kimi davranardı”.

“Mətbəxə daxil olmağa icazə vermirlər. Məbədə gedə bilmərəm, başqaları ilə bir yerdə otura bilmərəm”.

32 yaşlı Manju Baluninin səsində qətiyyət var. Mən ona Hindistanın şimalında yerləşən dərə-təpəli Uttarakandın ucqar bir kəndində rast gəlmişəm, - Publika.az BBC-yə istinadən yazır.

Hindistanda, ümumən qadınların sağlamlığı məsələsi ətrafında, xüsusən də mensturasiya ilə bağlı bir sükut var.

Dərin kök salmış tabu mensturasiya barədə gülünc miflərin yaranmasına səbəb olur. Məsələn, “qadınlar pak məxluq deyillər, çirklidirlər, xəstədirlər və hətta aybaşı dövründə lənətlənmiş olurlar” və sair.

“Gərgin və narahat”

Adamlarda belə bir inam var ki, mensturasiyalı qadınlara çimmək omaz və həmin vaxt onlarda qan azlığı olur.

Sanitariya dəsmalları üzrə bir manufakturaçı tərəfindən bu yaxınlarda keçirilmiş tədqiqatın nəticələrinə görə, şəhərlərdə yaşayan qadınların 75 faizi mensturasiya ilə bağlı utancın mövcudluğu ucbatından öz paketlərini boz zərflərdə və ya qəzetə bükülmüş şəkildə alır.

Qadınlar demək olar heç vaxt kişi cinsindən olan ailə üzvlərindən onlar üçün sanitariya dəsmallarının və ya tamponların alınmasını xahiş etmirlər.

Mən çoxlu qadınların olduğu bir evdə böyümüşəm, lakin bununla belə, biz heç vaxt təbiətin ən normal hallarından biri olan aybaşı məsələsini açıq müzakirə etməmişik.

Anam köhnə döşəkağıları kəsib doğrayar, cavan qızlarının istifadəsi üçün qutularda gizlədərdi.

Ən böyük müsibət bu parçaları yuyandan sonra asıb qurutmaq idi. Mən bu prosesin gərgin və narahat yaddaşını hələ də yaşayıram.

Böyük bacılarım mənə bir fənd öyrətmişdilər. Bu fənd ləkəli parçaları kişilər görmədən yuyulacaq paltarların arasına dürtməkdən ibarət idi. Biz bunları açıq havada, günəş altında tam qurutmaq riskinə girə bilməzdik.

Özünü “çox iyrənc” saymaq

Nəticəsi isə bu idi ki, parçalar heç vaxt tam qurumurdu, nəm qoxusu verirdi. Qeyri-gigiyenik parçalardan təkrar-təkrar istifadə olunurdu.

Suyun olmaması yuyub-təmizləmə işini daha da məşəqqətli və anti-gigiyenik edirdi. Hindistan qadınları üçün o vaxtdan bəri vəziyyət o qədər də dəyişməyib.

Bir çox yeni tədqiqatlar göstərir ki, bu cür təmizlik praktikası ciddi sağlamlıq fəsadları törədir. Hesabatlara görə, Hindistanda hər beş qızdan azı biri mensturasiyaya görə məktəbə gedə bilmir.

15 yaşlı Margdarshi Uttarakşinin ucqar kəndində yaşayır.

O məktəbə getməyi xoşlayır, lakin bunu etmək üçün uzun və dərə-təpəli yol keçmək lazımdır. O heç vaxt dərs buraxmır. Lakin ötən il ilk dəfə aybaşısı olanda az qala təhsili atmalı olacaqdı.

“Ən böyük problem aybaşının tədbirlərini görməkdir. Bu, hələ də belədir. Mən özümü qınaqlı, açıqlı və çirkli birisi hesab edirdim. Əvvəlcə məktəbə getməyi dayandırdım”.

“İnsan məsələsi”

O həkim olmaq istəyir və başa düşə bilmir ki, siniflərindəki oğlanlar müəllim mensturasiya prosesini izah edəndə niyə bu qədər gülüşürlər.

“Buna nifrət edirəm. Mən çox istərdim ki, biz bu barədə daha rahat və daha açıq danışa biləydik. Bu hər bir qadında olan şeydir, bunu məsxərəyə qoymaq olarmı?”

Goonj qeyri-hökumət təşkilatının qurucusu Anshu Gupta hesab edir ki, bu problem ona sırf qadın məsələsi kimi baxılmasından yaranıb.

“Bu, qadın məsələsi deyil. Bu, insan məsələsidir. Biz sadəcə olaraq bu məsələni təcrid etmişik. Kimlərsə bu utanc və sükut mədəniyyətindən kənara çıxmalıdır. Biz bu sükutu pozmalıyıq”.

Goonj bu məsələ ərtrafında sükuta son qoyulması məqsədilə, insanları menstrusiya və onun ətrafında yaradılmış miflər barədə maarifləndirmək üçün kampaniya aparan bir neçə qrupdan biridir.

Bu qeyri hökumət təşkilatı Hindistanın 30 ştatından 21-də fəaliyyət göstərir.

Təşkilat həmçinin Hindistan qadınlarının etibarlı və gigiyenik paketlər almağa imkanı olmayan 70 faizi üçün təkrar emal olunmuş ucuz sanitariya dəsmalları istehsal edir.

Miflərin sındırılması

Mensturasiya ətrafında tabuları sındırmağa yönələn başqa təşəbbüslər də göstərilir.

Dörd hindli tərəfindən tərtib olunmuş Menstrupedia internet saytının məqsədi “mensturasiya ətrafında yaranmış yanlış fikir və miflərin” dağıdılmasıdır. Bu saytda yumor kitabları, yetkinlik yaşı barədə, mensturasiyanın gigiyenası barədə məlumatlar var. Bu saytı ayda 100 min oxucu ziyarət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR