Pəhriz saxlayan sevgilinizə bunları söyləməyin! - FOTOLAR
Bizi izləyin

Qadın

Pəhriz saxlayan sevgilinizə bunları söyləməyin! - FOTOLAR

Sevgilinizin artıq çəkidən xilas olmasını istəyə bilərsiniz. Gözəllik bir tərəfə, artıq çəki sağlamlığa ziyandır. Amma mütəxəssislər hesab edir ki, pəhriz saxlayan sevgiliyə və ya dosta bu sözləri söyləmək olmaz.

Kökəlmisən sən? – Özünü ələ verməsə də, kökəldiyini yaxşı bilir. Bu sualı ona verməyin. Çünki fərqində olsa da, acı həqiqətlə üzləşməyə hazır olmaya bilər. Bundan başqa psixoloji səbəblərdən dolayı kökələ bilər.

Onu günahladırmazdan əvvəl səbəbini öyrənməyə cəhd göstərin. Kökəlməsinin səbəbi bəlkə də elə sizsiniz. Sevgi aclığı, diqqət əskikliyi aşırı yemək yeməyə gətirib çıxarır.

Bunu yeməsən yaxşı olar – Sevgiliniz dadlı şokoladların, fındıqlı, fıstıqlı şirniyyatların yüksək kalorili olduğunu bilir. Heç kim bəyənilmə arzusunu itirmək və onu sevən birindən belə sözlər eşitmək istəməz.

Bunun yerinə ona ləzzətli və sağlam alternativlər məsləhət görün. Məsələn, axşam yeməyində ondan cəld davranın fast food sifariş vermək əvəzinə, tərəvəzli yeməklər olan bir restorana aparın. Axşam kalorili çərəz yerinə meyvə və tərəvəz təklif edin.

Doymamısan? – Əgər hər dəfə süfrə arxasında “doymusan?” sualını verirsinizsə, ona təzyiq göstərirsiniz deməkdir. Bu cür suallar verməklə onu iki qat stressə salıb daha çox yemək yeməsinə səbəb ola bilərsiniz.

Bunun yerinə kalorili yeməklər almayın, ya da göz qabağında saxlamayın. Sevglinizlə yemək yeyəndə balaca boşqablardan istifadə edin. Yemək yeyəndə söhbət edin. Beləcə daha yavaş yeməsinə və yeməyi bir neçə dəfə çeynəməsinə səbəb olacaq.

Bunları edən kimi arıqlayacaqsan – Bəzi insanlar üçün asan ola bilər. Xüsusən də əzələ kütləsi çox olmayanlar ya da metabolizması yaxşı işləyən adamlar daha tez arıqlayır.

Bunun yerinə onun motivasiyasını qaldırmağa çalışın. Bəzi insanların danlanmaqdan xoşu gəlir, bəziləri isə motivasiyaya ehtiyac duyur.

Kömək etməyə çalışıram – Başının üstnüdə heykəl kimi dayanıb hər fürsətdə ona çox yediyini dilə gətirərək kömək edə bilmərsiniz. Bunun heç bir faydası olmadığı üçün aranızda problemlər yarana bilər. Onun həyatını xilas etmək istəsəniz də, bu cür davranmayın. Sadəcə səbir edin bir müddət sonra özü sizdən kömək istəyəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm