Bakının iki prospektini birləşdirən küçə təmir olunur - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakının iki prospektini birləşdirən küçə təmir olunur - FOTOLAR

Bakının iki böyük prospekti, A.Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsi təmir olunur.

“Azəryolservis”ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, uzunluğu 1070 metr, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər bərpa olunur, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 19500 kvadratmetr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2200 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm