Qırmızı.az
Qiymət artımına qarşı xüsusi komissiya yaradıldı - VİDEO
Qarşıdan Ramazan bayramı gəlir. Bayramla əlaqədar
nəqliyyat qurumları gücləndirilmiş rejimdə çalışacaq. Şəhərlərarası
nəqliyyatda süni qiymət artımının qarşısının alınması üçün artıq
komissiya da yaradılıb. Bundan əlavə lazım gələrsə, xəttə əlavə
avtobuslar da buraxılacaq. Amma hər halda vaxtında bilet almaq sizi
sığortalamış olar.
Ramazan bayramı ilə əlaqədar 4 qeyri-iş gününün olması bir çox
insanları istirahət haqqında düşündürür.
Paytaxt sakinləri adətən bu günlərdə istirahət etmək və yaxınlarına
qonaq getmək üçün bölgələrə üz tutur. Bu da avtobus və dəmiryol
nəqliyyatında istifadə edənlərin sayını artırır. Aidiyyatı qurumlar
bu sıxlığı düşünüb indidən gücləndirilmiş rejimdə işləməyə
başlayıblar.
Bakı avtovağzalı adi günlərdən fərqli olaraq bayram günlərində
xəttə buraxdığı avtobusların sayını artıracaq. Nəzərə alsaq ki, adi
günlərdə 9-10 min sərnişin yola salınır, bayram gunlərində bu rəqəm
15 mindən çox olur.
Bakı avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin sözlərinə
görə, bayram ərəfəsində, yəni bu ayın 16, 17 və 18-si daxil olmaqla
paytaxtdan bölgələrə nəqliyyat vasitələrinin sayı bir qədər də
artırlacaq. Xəttə əlavə olaraq 200 ədəd avtobus buraxılacaq.
Bayram ərəfəsində bilet qiymətinin suni artımının qarşısını almaq
üçün 8 nəfərdən ibarət nəzarət qrupu yaradılıb. Sahibkarlardan
standart qiymətlə razılaşmayanlar olarsa, onların avtobusları xəttə
buraxılmayacaq.
Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq qurumlardan biri
də “Azərbaycan Dəmir Yolları” QSC-dir. Artıq sıxlıqla əlaqədar
xəttə buraxılacaq əlavə vaqonlar texniki baxışdan keçirilib,
kondisioner sistemi yoxlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir
Əzməmmədov bildirdi ki, ölkə ərasizində hər bir istiqamətə əlavə
vaqonlar qoşulacaq. Həmişə olduğu kimi ən çox sıxlıq qərb zonasına
olacaq. Bu sıxlığı nəzərə alaraq həmin istiqamətdə vaqonaların sayı
artırılacaq. Ümumilikdə isə 20 vaqon hazırlanır.
Gücləndirilmiş rejim bayram günləri bitənə qədər davam edəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR